İsmayıllıda “KamAZ” markalı yük avtomobili yol kənarı ilə gedən qoyun sürüsünə çırpılıb.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.
Nəticədə çoban, 1961-ci il təvəllüdlü Bəyalıyev Qocaman Elqirax oğlu xəsarət alıb, 20-dən çox qoyun tələf olub.
Çoban ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu