Lənkəranda yük avtomobili minik avtomobili ilə toqquşub.
Bizim.Media xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 207-ci kilometrliyində, Gərmətük qəsəbəsi ərazisində baş verib. Hərəkətdə olan "Ford" markalı yük avtomobili ilə "VAZ-2104" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində "VAZ-2104"ün sürücüsü — 1976-cı il təvəllüdlü, Lənkəran rayonunun Gərmətük qəsəbə sakini Natiq Mirzəbaba oğlu Abbasov müxtəlif bədən xəsarətləri alıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu