Dənizçilərin NƏZƏRİNƏ: İxtisas imtahanları ilə bağlı yeniliklər tətbiq edilir

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) gəmilərin heyət üzvlərinin beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması, eləcə də onların bilik və bacarıqlarının peşəkar səviyyədə qiymətləndirilməsi istiqamətində bir sıra yeniliklər tətbiq olunmaqdadır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, bu yeniliklər dənizçilərin ixtisas imtahanlarının təşkili, sual bazasının yenilənməsi və sertifikatların (diplomların) verilmə prosesini əhatə edir.

Növbəti yenilik isə cari ilin iyulun 8-dən tətbiq olunmağa başlayacaq. Belə ki, agentlikdə gəmilərin heyət üzvləri üçün sertifikatın (diplomun) verilməsi ilə bağlı keçirilən imtahanlar hər ayın ikinci həftəsi ərzində mütəmadi şəkildə təşkil olunacaq. Bu isə imtahan prosesinin daha şəffaf və planlı şəkildə həyata keçirilməsinə şərait yaradacaq.
 

Bununla yanaşı, imtahan sualları “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Beynəlxalq Konvensiyanın vəzifə, funksiya və səriştələr üzrə cədvəlləri, həmçinin Beynəlxalq Dəniz Təşkilatının (BDT) model kurslarının tələbləri nəzərə alınmaqla yeni versiyada hazırlanıb.


Eyni zamanda, imtahanların təşkili ilə bağlı təlimatlar hazırlanıb, yeni suallar müvafiq sahə üzrə mütəxəssislər tərəfindən qiymətləndirilərək düzgün cavablarla birlikdə Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) rəsmi internet səhifəsində //ddla.gov.az/certdip  yerləşdirilib.

Qeyd olunub ki, sözügedən yeniliklər dənizçilərin hazırlıq səviyyəsinin, o cümlədən onların peşə bacarıqlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verir. Agentlik gələcəkdə də dəniz nəqliyyatı sahəsinin vacib elementi olan insan amilinə diqqətin gücləndirilməsi və dənizçilərin sertifikatlaşdırılma sisteminin təkmilləşdirilməsi istiqamətində yeni addımlar atmaqda davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təbrizin yaxınlığında SEPAH-ın silah anbarları MƏHV EDİLDİ

Təbrizin yaxınlığında SEPAH-ın silah anbarları MƏHV EDİLDİ

PROQNOZ: Temperatur aşağı düşəcək, leysan yağacaq, dolu düşəcək

PROQNOZ: Temperatur aşağı düşəcək, leysan yağacaq, dolu düşəcək

Millimizin üzvü Moldova klubunda?

Millimizin üzvü Moldova klubunda?

Avropa İttifaqı sabah İranla bağlı vəziyyəti müzakirə edəcək

Avropa İttifaqı sabah İranla bağlı vəziyyəti müzakirə edəcək

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Xərçəngdən qoruyan 8 təbii məhsul

Xərçəngdən qoruyan 8 təbii məhsul

İran İsrailə casusluqda ittiham olunan şəxsi edam etdi

İran İsrailə casusluqda ittiham olunan şəxsi edam etdi

Tramp İrana zərbələrdən sonra ABŞ xalqına müraciət etdi - VİDEO

Tramp İrana zərbələrdən sonra ABŞ xalqına müraciət etdi - VİDEO

ABŞ İrana hücuma keçən an - Ağ Evdən həyacanlı FOTOLAR

ABŞ İrana hücuma keçən an - Ağ Evdən həyacanlı FOTOLAR

Çağatay Bolqarıstan vətəndaşlığını aldı

Çağatay Bolqarıstan vətəndaşlığını aldı

İsrail qırıcıları yenidən İrana zərbə endirir

İsrail qırıcıları yenidən İrana zərbə endirir

Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

FAKTİKİ HAVA: Bakıda külək güclənib

FAKTİKİ HAVA: Bakıda külək güclənib

Kanalda batan 15 yaşlı məktəblinin meyiti tapıldı

Kanalda batan 15 yaşlı məktəblinin meyiti tapıldı

ABŞ-dan İrana XƏBƏRDARLIQ: Nüvə obyektlərinə zərbə müvəqqəti addımdır, məqsəd rejimi dəyişmək deyil

ABŞ-dan İrana XƏBƏRDARLIQ: Nüvə obyektlərinə zərbə müvəqqəti addımdır, məqsəd rejimi dəyişmək deyil

İran TƏLƏB ETDİ: Təcili BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın

İran TƏLƏB ETDİ: Təcili BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın

Xaçmazda dəhşət: 2 qardaş uzun illər vəhşicəsinə döyülüb - FOTO

Xaçmazda dəhşət: 2 qardaş uzun illər vəhşicəsinə döyülüb - FOTO

ABŞ İranın nüvə obyektlərini belə vurub - VİDEO

ABŞ İranın nüvə obyektlərini belə vurub - VİDEO

Nazim Sadıqov və Nikolas Motta əlavə 100 min dollar mükafat qazandılar - VİDEO

Nazim Sadıqov və Nikolas Motta əlavə 100 min dollar mükafat qazandılar - VİDEO

Paşinyan İstanbulda ermənilərə çağırış etdi: Hazır olun, Azərbaycan “Zəngəzur dəhlizi”ni açır

Paşinyan İstanbulda ermənilərə çağırış etdi: Hazır olun, Azərbaycan “Zəngəzur dəhlizi”ni açır

İran İsrailə ballistik raketlər atdı - VİDEO

İran İsrailə ballistik raketlər atdı - VİDEO

Abbas Araqçi: “Bu səhər baş vermiş hadisələr dəhşətlidir”

Abbas Araqçi: “Bu səhər baş vermiş hadisələr dəhşətlidir”

Su qıtlığı ilə bağlı XƏBƏRDARLIQ – Azərbaycan üçün hansı təhlükə VAR?

Su qıtlığı ilə bağlı XƏBƏRDARLIQ – Azərbaycan üçün hansı təhlükə VAR?

İran Fordo nüvə obyektinin hücuma məruz qaldığını təsdiqlədi

İran Fordo nüvə obyektinin hücuma məruz qaldığını təsdiqlədi

End of content

No more pages to load

RADİO