Xaçmazda meyvə bağında kişi meyidi tapılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Müzəffəroba kəndində 59 yaşlı Qurbanalı Eyvaz oğlu Ramazanovun gilas yığarkən qəfildən ürəyi tutub və o, bağda vəfat edib.
Onun içkiyə meylli olduğu deyilir. Mərhumun meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu