Diyetoloqdan XƏBƏRDARLIQ – Bu şəxslərə mayonez yemək olmaz

“Mayonez ən populyar souslardan biridir, lakin onun müntəzəm istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə açıqlamasında terapevt-diyetoloq Yelena Truskova məlumat verib.

“Ənənəvi mayonezin tərkibinə bitki yağı, yumurta, xardal, duz və şəkər daxildir. Mağazalarda satılan məhsullarda isə əlavə olaraq konservantlar, dad gücləndiriciləri və rəngləndiricilər olur”, — deyə Truskova bildirib.
 

Onun sözlərinə görə, mayonezin faydası onun tərkibindəki A, D, E və K kimi yağda həll olan vitaminlərlə bağlıdır. Bu maddələr toxluq hissini təmin edir. Lakin əsas təhlükə mayonezin yüksək kalorili olması və keyfiyyətsiz bitki yağlarından hazırlanmasıdır.


“İstehsalçılar çox vaxt günəbaxan və soya yağlarından istifadə edirlər. Bu yağlar omega-6 yağ turşuları ilə zəngindir. Onların həddən artıq qəbulu damar divarlarında və digər toxumalarda xroniki iltihabi proseslərə səbəb ola bilər ki, bu da aterosklerozun inkişafını sürətləndirir”, — deyə Truskova xəbərdarlıq edib.

Diyetoloq əlavə risklərə də diqqət çəkib. Belə ki, mayonezin tərkibindəki konservantlar və dad artırıcılar allergik reaksiyalara və bağırsaq mikroflorasının pozulmasına səbəb ola bilər.

Məhsulun yüksək duz və şəkərlə zəngin tərkibi isə orqanizmdə şişkinlik və artıq çəkiyə yol açır.

Mütəxəssis, ürək-damar xəstəlikləri, həzm sistemi pozuntuları və artıq çəkidən əziyyət çəkən insanlara mayonezdən uzaq durmağı tövsiyə edib. Uşaqlar üçün isə mağaza mayonezi ümumiyyətlə məsləhət görülmür.

Yelena Truskova alternativ olaraq ev şəraitində hazırlanmış mayonezi tövsiyə edib. “Zeytun yağından istifadə etmək, duz və şəkərin miqdarını azaltmaq və kimyəvi qatqıları istisna etmək evdə hazırlanan mayonezi daha təhlükəsiz edir”, — deyə o bildirib.

Ənənəvi reseptdən tamamilə imtina etmək istəyənlər üçün isə həkim iki faydalı sous variantı təklif edib: biri yunan yoqurtu, xardal və limon suyundan ibarət, digəri isə avokado, göyərti və ədviyyatlardan hazırlanan sousdur.

“Əsas qayda odur ki, souslar az miqdarda hazırlanmalı və bir gün ərzində istifadə olunmalıdır. Bu həm yeməklərin dadını qoruyur, həm də sağlamlıq üçün təhlükə yaratmır”, — deyə diyetoloq qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov malayziyalı həmkarı ilə İsrail-İran qarşıdurmasını müzakirə etdi - FOTO

Ceyhun Bayramov malayziyalı həmkarı ilə İsrail-İran qarşıdurmasını müzakirə etdi - FOTO

Yayda şanslı olacaq 5 BÜRC: Ehtiraslı sevgi, macəra və...

Yayda şanslı olacaq 5 BÜRC: Ehtiraslı sevgi, macəra və...

“Ermənistan Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması öhdəliyini yerinə yetirmir”

“Ermənistan Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması öhdəliyini yerinə yetirmir”

Pensiyaçıların NƏZƏRİNƏ: İyun ayının pensiya ödənişi…

Pensiyaçıların NƏZƏRİNƏ: İyun ayının pensiya ödənişi…

“Gəncə” bu oyunçu ilə müqaviləni UZATDI

“Gəncə” bu oyunçu ilə müqaviləni UZATDI

Ceyhun Bayramov: “Bakı Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsindən narahatdır”

Ceyhun Bayramov: “Bakı Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsindən narahatdır”

Ceyhun Bayramov İƏT-in Nazirlər Şurasının 51-ci sessiyasında iştirak etdi - FOTO

Ceyhun Bayramov İƏT-in Nazirlər Şurasının 51-ci sessiyasında iştirak etdi - FOTO

Masallının 37 kəndində qaz olmayacaq

Masallının 37 kəndində qaz olmayacaq

PA-nın Vətəndaş Qəbulu Mərkəzində iyul ayı üçün qəbul cədvəli AÇIQLANDI

PA-nın Vətəndaş Qəbulu Mərkəzində iyul ayı üçün qəbul cədvəli AÇIQLANDI

Bu futbolçu da “Sabah”ı TƏRK EDƏCƏK

Bu futbolçu da “Sabah”ı TƏRK EDƏCƏK

Sergey Tixanovski AZADLIĞA BURAXILDI - VİDEO

Sergey Tixanovski AZADLIĞA BURAXILDI - VİDEO

Cəmiyyətin görünməyən XƏSTƏLİYİ – Gənclər niyə “TÜKƏNİB”?

Cəmiyyətin görünməyən XƏSTƏLİYİ – Gənclər niyə “TÜKƏNİB”?

Büdcə qaydasına DƏYİŞİKLİK ediləcək

Büdcə qaydasına DƏYİŞİKLİK ediləcək

Xalq artisti VƏFAT ETDİ - FOTO

Xalq artisti VƏFAT ETDİ - FOTO

Prezidentin islamofobiya ilə bağlı müraciəti BMT-nin sənədi kimi YAYILDI

Prezidentin islamofobiya ilə bağlı müraciəti BMT-nin sənədi kimi YAYILDI

“Fənərbağça” məşhur hücumçu ilə danışıqlara BAŞLADI

“Fənərbağça” məşhur hücumçu ilə danışıqlara BAŞLADI

Hikmət Hacıyev diplomatların Qarabağa səfərinin başa çatması ilə bağlı paylaşım etdi - FOTO

Hikmət Hacıyev diplomatların Qarabağa səfərinin başa çatması ilə bağlı paylaşım etdi - FOTO

Qəbiristanlıqda qətl törədən yeniyetməyə HÖKM OXUNDU

Qəbiristanlıqda qətl törədən yeniyetməyə HÖKM OXUNDU

İsrail İranda hərbi infrastruktura aviazərbələr endirdi - VİDEO

İsrail İranda hərbi infrastruktura aviazərbələr endirdi - VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Akkreditə olunmuş diplomatlar Ağdamdan Bakıya sürət qatarı ilə qayıdırlar - FOTO

Akkreditə olunmuş diplomatlar Ağdamdan Bakıya sürət qatarı ilə qayıdırlar - FOTO

Sərnişinlərin NƏZƏRİNƏ: Daha 3 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Sərnişinlərin NƏZƏRİNƏ: Daha 3 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Azərbaycan Avropa çempionatına 39 güləşçi ilə QATILIR

Azərbaycan Avropa çempionatına 39 güləşçi ilə QATILIR

59 yaşlı kişi bağda gilas yığarkən vəfat etdi - ÖZƏL

59 yaşlı kişi bağda gilas yığarkən vəfat etdi - ÖZƏL

End of content

No more pages to load

RADİO