Dünən axşam saatlarında Gəncədə iki nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirlib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin həkim-infeksianisti Fərqanə Mehdizadənin Bizim. Media-nın yerli bürosuna verdiyi məlumata görə, 20.06.2025-ci il tarixində saat 22:10 radələrində 2 nəfər (kişi cinsli) dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub:
“Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar” deyə həkim əlavə edib.
Qeyd edək ki, dünən 1981-ci il təvəllüdlü Zaur Cəfərov və 1990-cı il təvəllüdlü Qədir Kazımov qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu