Bankomat istifadəçilərinə vacib xəbərdarlıq: Bu düyməyə basmadan əməliyyata başlamayın

Bankomat dələduzluğu getdikcə daha təkmil və gizli üsullarla istifadəçiləri tələyə salmağa davam edir. Ən geniş yayılmış üsullardan biri kart daxil edilən hissəyə yerləşdirilən saxta kart oxuyuculardır.

Bizim.Media “Sonxeber.az”a istinadən xəbər verir ki, bu qurğular bankomatın orijinal oxuma mexanizminə bənzər şəkildə işləyir və kartın maqnit lentindən və ya çipindən məlumatları kopyalayaraq dələduzların əlinə keçməsinə şərait yaradır.

Bankomat xaricdən baxıldıqda adi görünə bilər, lakin bu cür saxta qurğular çox zaman istifadəçilər tərəfindən seçilmir. Bu isə dələduzluq riskini daha da artırır.

Mütəxəssislər bildirirlər ki, bankomatlardan istifadə zamanı bəzi sadə, lakin təsirli addımlar vasitəsilə bu risklərdən qorunmaq mümkündür.

Mütəxəssislərin diqqət çəkdiyi əsas təhlükəsizlik tədbirlərindən biri kartı daxil etməzdən əvvəl bankomatın "LƏĞV ET" (və ya "İPTAL") düyməsinə basmaqdır. Bu addım bankomatın saxta bir qurğuya bağlı olub-olmadığını müəyyən etməyə kömək edə bilər. Əgər aparat üzərində qanunsuz bir mexanizm varsa, bu sadə əməliyyat sistemin işini poza və ya onu deaktiv edə bilər. Mütəxəssislər bildirirlər: "LƏĞV ET düyməsinə basmaq dələduzların qurduğu sistemi sıradan çıxara bilər. Hər istifadədən əvvəl bu addımı atmaq istifadəçi təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır."

Təhlükəsizliyi artırmaq üçün tövsiyə edilən digər bir üsul isə QR kod vasitəsilə əməliyyat aparmaqdır.

Bu sistem sayəsində istifadəçilər bankomata kart daxil etmədən, yalnız mobil tətbiq üzərindən əməliyyatlarını həyata keçirə bilirlər. Fiziki kart istifadə olunmadığı üçün dələduzların kart məlumatlarını ələ keçirmə ehtimalı aradan qalxır. Mütəxəssislər bildirirlər ki, "QR kod vasitəsilə əməliyyat kartın kopyalanması riskini minimuma endirir və mobil tətbiqlərlə aparılan əməliyyatlar daha təhlükəsiz hesab olunur."

Bankomatlardan istifadə zamanı ehtiyatlı olmaq dələduzluqdan qorunmağın ən effektiv yollarından biridir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, kart girişində qeyri-adi çıxıntı, boşluq və ya qəribə səs hiss edilərsə, əməliyyata başlamadan bankomatdan uzaqlaşmaq lazımdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ülviyyə Zülfiqar yeni vəzifəyə təyin olundu – FOTO

Ülviyyə Zülfiqar yeni vəzifəyə təyin olundu – FOTO

Dezodorant istifadə edənlərin NƏZƏRİNƏ

Dezodorant istifadə edənlərin NƏZƏRİNƏ

Razi Nurullayev: “Heç kimə qaz pulsuz çəkilmir”

Razi Nurullayev: “Heç kimə qaz pulsuz çəkilmir”

İrana hücum planını "Qorilla" qurdu, Tramp imzaladı – SENSASİON DETALLAR

İrana hücum planını "Qorilla" qurdu, Tramp imzaladı – SENSASİON DETALLAR

Qadınlara qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüləri SAXLANILDI – VİDEO

Qadınlara qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüləri SAXLANILDI – VİDEO

Məhəmməd Mirzəlinin ibtidai istintaqı BİTDİ

Məhəmməd Mirzəlinin ibtidai istintaqı BİTDİ

Heyrətamiz uğur qazanacaq 3 bürc - Çətinliklər geridə qaldı

Heyrətamiz uğur qazanacaq 3 bürc - Çətinliklər geridə qaldı

“Uşaq sahibi olmaq əsgərlik kimi bir şeydir...”

“Uşaq sahibi olmaq əsgərlik kimi bir şeydir...”

Hava kəskin DƏYİŞİR – Güclü külək, yağış...

Hava kəskin DƏYİŞİR – Güclü külək, yağış...

Qüdrət Həsənquliyevin Naxçıvanla bağlı təklifinə Ziyafət Əsgərovdan SƏRT REAKSİYA

Qüdrət Həsənquliyevin Naxçıvanla bağlı təklifinə Ziyafət Əsgərovdan SƏRT REAKSİYA

Deputatdan TƏKLİF: “Naxçıvanın muxtariyyətinin saxlanmasına ehtiyac var?”

Deputatdan TƏKLİF: “Naxçıvanın muxtariyyətinin saxlanmasına ehtiyac var?”

“İran və İsrail heç vaxt müharibə etməyəcək” deyən Tural Abbaslı əsəbiləşdi - Video

“İran və İsrail heç vaxt müharibə etməyəcək” deyən Tural Abbaslı əsəbiləşdi - Video

Məktəblilər üçün yay düşərgələri təşkil olunmayacaq – RƏSMİ

Məktəblilər üçün yay düşərgələri təşkil olunmayacaq – RƏSMİ

Bu şəxslərin pensiya yaşı ARTIRILIR

Bu şəxslərin pensiya yaşı ARTIRILIR

Polis əməkdaşlarının sosial müdafiəsi GÜCLƏNDİRİLİR

Polis əməkdaşlarının sosial müdafiəsi GÜCLƏNDİRİLİR

Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözlər dedi ki...

Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözlər dedi ki...

Azərbaycan klubunun adı dəyişdirildi – FOTO

Azərbaycan klubunun adı dəyişdirildi – FOTO

Kabab və steyk sevənlərin nəzərinə! – Az bişmiş ətlər bu xəstəlikləri yaradır

Kabab və steyk sevənlərin nəzərinə! – Az bişmiş ətlər bu xəstəlikləri yaradır

Bu deputatlar Naxçıvan Ali Məclisinin sədri seçilə BİLƏCƏK

Bu deputatlar Naxçıvan Ali Məclisinin sədri seçilə BİLƏCƏK

Kürdəmirdə 20 yaşlı sürücü ağır qəza TÖRƏTDİ – FOTO

Kürdəmirdə 20 yaşlı sürücü ağır qəza TÖRƏTDİ – FOTO

Bu futbolçu da “Sabah”ı TƏRK EDƏCƏK

Bu futbolçu da “Sabah”ı TƏRK EDƏCƏK

Şirvanda yük avtomobili KEÇİDƏ İLİŞDİ - Qatarların hərəkəti məhdudlaşdırıldı – FOTO

Şirvanda yük avtomobili KEÇİDƏ İLİŞDİ - Qatarların hərəkəti məhdudlaşdırıldı – FOTO

Əhaliyə XƏBƏRDARLIQ – Kartınızdan pul oğurlanmasını istəmirsinizsə...

Əhaliyə XƏBƏRDARLIQ – Kartınızdan pul oğurlanmasını istəmirsinizsə...

Qaxın saxlanılan bələdiyyə sədri də Mübariz Əhmədzadənin qohumudur – ÖZƏL

Qaxın saxlanılan bələdiyyə sədri də Mübariz Əhmədzadənin qohumudur – ÖZƏL

End of content

No more pages to load

RADİO