Qax şəhərinin İsmayıl Dağıstanlı küçəsində fəaliyyət göstərən maşın təmiri sexinə təmir üçün gətirilən “Tofaş” markalı minik avtomobilində anldən alovlanma baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyi Qax Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verilib.
Yanğınsündürənlər yanğının yaxınlıqdakı sexlərə keçməsinin qarşısı alıb, lakin avtomobilin konstruksiyaları yanıb.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu