Azərbaycan Ordusunun rüşvətdə ittiham olunan xidmət rəisinin məhkəməsi BAŞLADI

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Şahin Quliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, 1984-cü ildə Naxçıvanda anadan olan Şahin Quliyev həbs olunana qədər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin rəisi vəzifəsində, mayor rütbəsində işləyib.

Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib.

Təqsirləndirilən şəxs və onun vəkili işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər.

Məhkəmə baxışı iyulun 1-nə təyin olunub.

DTX tərəfindən həbs edilmiş Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu bir qrup şəxslə əlbir olmaqla külli miqdarda rüşvət almaqda ittiham edilir.

DTX-nin İstintaq baş idarəsində başlanan cinayət işi üzrə Şahin Quliyevə AR Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, bir müddət əvvəl TTM-in Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadə də xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə məhkum edilib. Sabiq xidmət rəisi Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yastığınız tualetdən daha çirklidir

Yastığınız tualetdən daha çirklidir

Şəbnəmlə Nəfəs bahalı maşınlarında GÖRÜNTÜLƏNDİ - VİDEO

Şəbnəmlə Nəfəs bahalı maşınlarında GÖRÜNTÜLƏNDİ - VİDEO

“Beşiktaş” “Spartak”ın üzvü ilə danışıq aparır

“Beşiktaş” “Spartak”ın üzvü ilə danışıq aparır

Tramp İrana 2 həftə vaxt verdi - VİDEO

Tramp İrana 2 həftə vaxt verdi - VİDEO

Avtomobil təmiri qiymətində BAHALAŞMA - VİDEO

Avtomobil təmiri qiymətində BAHALAŞMA - VİDEO

Rusiya-Ukrayna münaqişəsi ilə bağlı qərarları yalnız Tramp verəcək - Dövlət Departamenti

Rusiya-Ukrayna münaqişəsi ilə bağlı qərarları yalnız Tramp verəcək - Dövlət Departamenti

Florian Vitrs rəsmən “Liverpul”da

Florian Vitrs rəsmən “Liverpul”da

Qarpız toxumlarını zibilə ATMAYIB - Şəfa mənbəyi imiş

Qarpız toxumlarını zibilə ATMAYIB - Şəfa mənbəyi imiş

Cenevrə danışıqlarında İran və Aİ ölkələri arasında razılıq ƏLDƏ OLUNMADI

Cenevrə danışıqlarında İran və Aİ ölkələri arasında razılıq ƏLDƏ OLUNMADI

“Sabah”ın hazırlıq planı müəyyənləşdi

“Sabah”ın hazırlıq planı müəyyənləşdi

Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı paylaşım etdi - VİDEO

Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı paylaşım etdi - VİDEO

Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı QAÇIRDI

Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı QAÇIRDI

“Qarabağ”dan növbəti transfer - FOTO

“Qarabağ”dan növbəti transfer - FOTO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Əraqçi: “İran heç bir üçüncü tərəflə danışıq aparmayacaq”

Əraqçi: “İran heç bir üçüncü tərəflə danışıq aparmayacaq”

Bakıda sərnişin avtobusunun iştirakı ilə AĞIR QƏZA - VİDEO

Bakıda sərnişin avtobusunun iştirakı ilə AĞIR QƏZA - VİDEO

Vaxtilə işğalda olan ərazilərimizin “Ermənistana birləşdirilməsi” niyyəti İFŞA OLUNDU - FOTO

Vaxtilə işğalda olan ərazilərimizin “Ermənistana birləşdirilməsi” niyyəti İFŞA OLUNDU - FOTO

Musleranın yeni klubu müəyyənləşdi

Musleranın yeni klubu müəyyənləşdi

İranda güclü ZƏLZƏLƏ OLDU - FOTO

İranda güclü ZƏLZƏLƏ OLDU - FOTO

Uşaq vedrənin içində qaldı, köməyə FHN gəldi - VİDEO

Uşaq vedrənin içində qaldı, köməyə FHN gəldi - VİDEO

Putin: "Rus əsgərinin ayaq basdığı yer artıq bizimdir"

Putin: "Rus əsgərinin ayaq basdığı yer artıq bizimdir"

Sakinlərin NƏZƏRİNƏ: Sabah saat 10-dan sonra…

Sakinlərin NƏZƏRİNƏ: Sabah saat 10-dan sonra…

Hidayət Heydərova yeni vəzifə VERİLDİ

Hidayət Heydərova yeni vəzifə VERİLDİ

Radiasiya varsa ağrıkəsici, qəbul etmək olmaz? – İddialara CAVAB

Radiasiya varsa ağrıkəsici, qəbul etmək olmaz? – İddialara CAVAB

End of content

No more pages to load

RADİO