“Şans” imtahanı ilə bağlı abituriyentlərə ŞAD XƏBƏR

Bütün ixtisas qrupları üzrə qəbul imtahanının I cəhdinin nəticələri artıq açıqlanıb. Hazırda abituriyentlər II cəhdə ciddi şəkildə hazırlaşırlar. Bu imtahanlar iyulun 6-da II və III ixtisas qrupları, iyulun 13-də isə I, IV qruplar və III TC alt qrupu üzrə keçiriləcək.

Abituriyentlərin əksəriyyəti bu dəfə ballarını artıracaqlarına ümid edir. Bəziləri hesab edir ki, növbəti – “şans imtahanı” daha asan ola bilər.

Maraqlıdır, bu, həqiqətən belə olacaqmı? Qeyd edək ki, I cəhddə heç bir abituriyent 700 bal toplamağı bacarmayıb. İkinci cəhd bu nəticəni dəyişə bilərmi?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elmin Nuri bildirib ki, məsələyə iki aspektdən yanaşmaq lazımdır:

“Birinci aspekt odur ki, ikinci cəhd imtahanında abituriyentlərin balları yüksələ bilərmi? Mən deyərdim: bəli, bu mümkündür. Çünki ilk cəhdin tapşırıqları həddindən artıq çətinliyi ilə seçilirdi.

Bunu yüzlərlə, hətta minlərlə abituriyentin fikirlərinə və müəllimlərin şərhlərinə əsaslanaraq deyirəm. Hətta buraxılış imtahanlarında 200-250 bal toplayanların bir çoxu blok imtahanlarında 100 balı çətinliklə keçə bilib”.

Ekspert bildirir ki, DİM sualları məktəb proqramına uyğun tərtib etsə də, məktəblər kurikulumu kifayət qədər effektiv keçmədiyi üçün suallar abituriyentlər üçün “anlaşılmaz” olur. Bu səbəbdən II cəhd imtahanlarında müəyyən yumşalmalar gözlənilir.

“Əgər suallar qismən daha sadə tərtib olunsa, nəticələrdə də yüksəlmə baş verəcək. Amma əsas məqsəd 700 bal deyil”, – deyə ekspert vurğulayıb.

700 bal toplamaq zəruridirmi?

Bu suala cavab olaraq Elmin Nuri bildirib:

“700 bal toplamaq uğur göstəricisidir, lakin bu, tələbənin gələcək karyera uğurlarını müəyyən etmir. Əmək bazarında, real həyatda 500 bal toplayan bir gənc 700 ballıq tələbədən daha uğurlu ola bilər. Bu nəticələr çox nisbi və şansdan asılıdır. Əsas olan bacarıq, istedad və davamlı çalışmaqdır”.

Qeyd edək ki, II cəhd imtahanında iştirak üçün ödəniş 50 manatdır.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Face studio"nun sahibi uşağını anasından aldadaraq alıb? - Ali Məhkəmə son nöqtəni qoydu

"Face studio"nun sahibi uşağını anasından aldadaraq alıb? - Ali Məhkəmə son nöqtəni qoydu

"Barselona" İsveç millisinin üzvü ilə danışıqlara BAŞLADI

"Barselona" İsveç millisinin üzvü ilə danışıqlara BAŞLADI

Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri AÇIQLANDI

Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri AÇIQLANDI

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim TƏYİN EDİLDİ

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim TƏYİN EDİLDİ

Pentaqon: “Bir neçə bombardmançı təyyarəsi İrana zərbə endirmək üçün Quama gedir”

Pentaqon: “Bir neçə bombardmançı təyyarəsi İrana zərbə endirmək üçün Quama gedir”

Alimlər ürək və damar xəstəlikləri riskini azaldan giləmeyvəni açıqlayıb

Alimlər ürək və damar xəstəlikləri riskini azaldan giləmeyvəni açıqlayıb

Millimiz Moldova yığmasına yenə QALİB GƏLDİ

Millimiz Moldova yığmasına yenə QALİB GƏLDİ

Qusar Rayon İcra Hakimiyyətində kadr təyinatları həyata keçirildi

Qusar Rayon İcra Hakimiyyətində kadr təyinatları həyata keçirildi

Azərbaycan gələn il İƏT sədrliyini TƏHVİL ALACAQ

Azərbaycan gələn il İƏT sədrliyini TƏHVİL ALACAQ

İndoneziya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

İndoneziya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

ABŞ-ın BMT-dəki nümayəndəsi İranla İsraili SƏHV SALDI - VİDEO

ABŞ-ın BMT-dəki nümayəndəsi İranla İsraili SƏHV SALDI - VİDEO

İsrail Trampın İrana qarşı hərbi kampaniyaya qoşulmasını dəstəkləyib - KİV

İsrail Trampın İrana qarşı hərbi kampaniyaya qoşulmasını dəstəkləyib - KİV

İdxal artır, ixrac azalır... – Qiymətlər YÜKSƏLƏCƏK?

İdxal artır, ixrac azalır... – Qiymətlər YÜKSƏLƏCƏK?

Bakı və iki rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olundu

Bakı və iki rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olundu

Hava şarı YANDI: 8 ölü, 13 yaralı var - VİDEO

Hava şarı YANDI: 8 ölü, 13 yaralı var - VİDEO

Azərbaycan və Suriya XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə ediblər - FOTO

Azərbaycan və Suriya XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə ediblər - FOTO

ABŞ İrana hücuma hazırlaşır - KİV

ABŞ İrana hücuma hazırlaşır - KİV

"Nazilə pnevmoniya olub, xınalara Fatiməni çağıracaqlar" - VİDEO

"Nazilə pnevmoniya olub, xınalara Fatiməni çağıracaqlar" - VİDEO

Cəlilabadda qəza oldu - Ölən var

Cəlilabadda qəza oldu - Ölən var

DTX-nin saxladığı Qaxın icra başçısı HƏBS OLUNDU

DTX-nin saxladığı Qaxın icra başçısı HƏBS OLUNDU

Bakıda marketdə YANĞIN OLDU

Bakıda marketdə YANĞIN OLDU

Vaxtilə işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma ilə bağlı yeni faktlar açıqlandı - MƏHKƏMƏ - FOTO

Vaxtilə işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma ilə bağlı yeni faktlar açıqlandı - MƏHKƏMƏ - FOTO

Rusiya klubunun rəhbərləri rüşvətə görə SAXLANILDI

Rusiya klubunun rəhbərləri rüşvətə görə SAXLANILDI

Ceyhun Bayramov malayziyalı həmkarı ilə İsrail-İran qarşıdurmasını müzakirə etdi - FOTO

Ceyhun Bayramov malayziyalı həmkarı ilə İsrail-İran qarşıdurmasını müzakirə etdi - FOTO

End of content

No more pages to load

RADİO