Bakı metrosu yay və qış rejimlərində işləyir. Bu rejimlər bir-birindən daha çox qatarlar arasındakı intervala görə fərqlənir. Yəni qış rejimində gur vaxtlarda səhər saat 7:00-dan 10:00-a, axşam isə 17:00-dan 20:00-a qədər intervallar bəzi stansiyalar arasında iki dəqiqə ilə tənzimlənir. Yay rejimində isə səhərdən axşama qədər vahid interval, yəni 2 dəqiqədən çox interval tətbiq edilir.
Yay rejiminə adətən tədris ilinin başa çatması və məzuniyyətlərin başlaması ilə keçilir. Bəzi illərdə iyun ayının ortası, bəzi illərdə isə iyul ayında yay hərəkət qrafiki tətbiq olunur.
MÖVZU İLƏ BAĞLI:
Bakının bu ərazilərində də metro olacaq - VİDEO
Bəs bu il Bakı metrosu nə zaman yay rejiminə keçəcək?
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Bizim.Media-nın sorğusuna cavab olaarq bildirilib ki, işlər son mərhələsinə çatıb:
“Bakı Metropoliteni” QSC qatarların yay hərəkət qrafikinə keçidini planlaşdırır. Hazırda bu məsələ ətrafında işlər son mərhələdədir. Qrafik təsdiqləndikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək” – deyə qurumdan qeyd edilib.
Günay Şahmar, Bizim.Media