Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Babək küçəsində fəaliyyət göstərən, Ərşad Üzeyir oğlu Bayramova məxsus pestisid, aqrokimyəvi maddə və toxum satışı mağazasında yoxlama keçirib.
Bu barədə Bizim.Media-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı yararlılıq müddəti bitmiş toxum və herbisid aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd olunan məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Bizim.Media