Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ – Şəkər dərmanı arıqlama üçün İSTİFADƏ edilir?

Arıqlama dərmanları bəziləri üçün sadəcə bədən quruluşunu dəyişmək vasitəsi olsa da, digərləri üçün bu dərmanlar həyatla ölüm arasındakı xətti silə bilər. Son illərdə geniş istifadə olunan və qlükaqon kimi peptid-1 (GLP-1) reseptor agonistləri kimi tanınan piylənmə dərmanları, xüsusilə “Ozempic” və semaqlutidlər yalnız arıqlamağa deyil, həm də bir sıra digər sağlamlıq problemlərinin, o cümlədən ürək xəstəlikləri və parkinson kimi xəstəliklərin müalicəsinə kömək etmə qabiliyyəti ilə diqqət çəkib. 

Arıqlama dərmanlarının əksəriyyəti qısa müddətli istifadə üçün nəzərdə tutulur və yalnız həkim nəzarəti ilə qəbul edilməlidir. Ancaq reallıqda vəziyyət tam fərqlidir. İstifadəçilərin çoxu bu dərmanlara internetdən, tanış tövsiyələrindən və ya reklamların cazibəsinə aldanaraq əl atır.

Tərkibində mərkəzi sinir sistemini stimullaşdıran, ürək ritmini sürətləndirən və iştahı kəskin şəkildə azaldan kimyəvi maddələr olan bu preparatlar, bədəndə ciddi fəsadlar yarada bilər.

Ona görə də həmin çayların qəbulu həkimlər tərəfindən tövsiyə edilmir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan farmokoloq Aydın Əliyev bildirdi ki,  aptek və mağaza şəbəkələrində arıqlamaq üçün satışa çıxarılan preparatlar yalnız həkim məsləhəti ilə istifadə edilməlidir.

”Arıqlamaq üçün nəzərdə tutulan dərmanlar müxtəlif tərkib mexanizminə malikdir. Bu cür dərmanları həkim təyin etməlidir. İnsan orqanizmi əlaqəli işləyir bir tərəfə xeyri olan dərman, digər orqana ziyanı ola bilir. Satışda olan arıqlama dərmanları hətta üzdə olmayan problemləri də ortaya çıxara bilər.

İnsanda genetika ilə bağlı piylənmə, düzgün qidalanmama, oturaq həyat tərzinin səbəb olduğu artıq çəki varsa, həkim məsləhəti ilə müalicə qəbul etməlidi , həkimsiz dərman qəbulu heç bir halda düzgün deyil”.

Həkim arıqlamaq istəyən insanlara müraciət edib:

“Arıqlamaq üçün düzgün metodlardan istifdə edilməlidir: un və şəkər kimi məmulatlardan az istifadə, düzgün qidalanma, hərəkətlilik, bol su qəbulu və müsbət enerji  kiyayətdir. Əgər artıq çəki  irsi xarakter daşıyırsa, həkimin məsləhət gördüyü müalicələrdən istifadə etmək lazımdır. Artıq piyləri bədəndən xaric etmək üçün edilən liposaksiya prosesi də heç də düzgün deyil. O halda məqbul hesab edilə bilər ki, insanin hərəkətində ləngimə yaratsın”, – deyə A.Əliyev vurğulayıb.

Maraqlıdır, insan sağlamlığı üçün təhlükə yaradan Ozempik və digər dərmanlar satışa necə buraxılır?

Analitik Ekspertiza Mərkəzindən sualımıza cavab olaraq bildirildi ki, adıçəkilən dərman basqa xəstəliklərin müalicəsi üçün də istifadə olunur.
 

“Ozempik dərman vasitəsi hal-hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatındadır. Bu preparat əsasən şəkərli diabetin müalicəsində istifadə olunur və xüsusilə tip 2 diabetdən əziyyət çəkən və artıq çəkisi olan pasiyentlər üçün nəzərdə tutulub. Qeyd edirik ki, dərmanın qeyri-təyinat üzrə — yəni yalnız arıqlamaq məqsədilə istifadəsi halları müşahidə olunsa da, bu, preparatın ölkəyə idxalına məhdudiyyət tətbiq olunması üçün hüquqi əsas yaratmır”.


Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciət edərək özəl tibb müəssisələrində və ya aptek təşkilatlarında dərman vasitələrinin qanunsuz istifadəsi və digər sui-istifadə halları ilə qarşılaşdıqda, qruma  məlumat vermələrini bildirib. Daxil olan müraciətlər müvafiq qaydada araşdırılır və ehtiyac yarandığı halda həmin müəssisə və ya aptekdə plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir.

Gülər Həsənli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müğənnidən verilişlərə TƏNQİD: “Az qala qarderoba girirlər” - VİDEO

Müğənnidən verilişlərə TƏNQİD: “Az qala qarderoba girirlər” - VİDEO

Avtomobil "Baku Bus"la TOQQUŞDU: Nəqliyyatın hərəkəti çətinləşdi - VİDEO

Avtomobil "Baku Bus"la TOQQUŞDU: Nəqliyyatın hərəkəti çətinləşdi - VİDEO

SON DƏQİQƏ: Bodrumda zəlzələ oldu

SON DƏQİQƏ: Bodrumda zəlzələ oldu

Bako Sahakyan: “Azərbaycan ərazilərində baş vermiş döyüşlər Ermənistan ordusu tərəfindən keçirilirdi”

Bako Sahakyan: “Azərbaycan ərazilərində baş vermiş döyüşlər Ermənistan ordusu tərəfindən keçirilirdi”

Dörd bürcün HƏYATI DƏYİŞİR: Pul və uğur kimlər üçündür?

Dörd bürcün HƏYATI DƏYİŞİR: Pul və uğur kimlər üçündür?

Putin: “Rusiya üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır” - VİDEO

Putin: “Rusiya üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır” - VİDEO

“Karvan”ın stadionu ilə bağlı YENİLİK

“Karvan”ın stadionu ilə bağlı YENİLİK

Sumqayıtda 40 yaşlı kişi BIÇAQLANDI

Sumqayıtda 40 yaşlı kişi BIÇAQLANDI

Dünya çempionatı: Cüdoçularımız Almaniyaya UDUZDU

Dünya çempionatı: Cüdoçularımız Almaniyaya UDUZDU

Arazın Saatlıdan keçən hissəsində 18 yaşlı gənc BATDI

Arazın Saatlıdan keçən hissəsində 18 yaşlı gənc BATDI

Putin: “Bütün Ukrayna bizimdir" - VİDEO

Putin: “Bütün Ukrayna bizimdir" - VİDEO

Daha bir ölkə diplomatlarını İrandan Bakıya TƏXLİYƏ ETDİ

Daha bir ölkə diplomatlarını İrandan Bakıya TƏXLİYƏ ETDİ

Bu gün 3 mindən çox müəllim İMTAHAN VERDİ

Bu gün 3 mindən çox müəllim İMTAHAN VERDİ

Ərdoğan və Paşinyan arasında görüş BAŞLAYIB - VİDEO

Ərdoğan və Paşinyan arasında görüş BAŞLAYIB - VİDEO

DİQQƏT: Bu yollarda tıxac var

DİQQƏT: Bu yollarda tıxac var

Məşhəd və Kərbəla ziyarəti TƏXİRƏ SALINIB?

Məşhəd və Kərbəla ziyarəti TƏXİRƏ SALINIB?

ABŞ-da HİV-dən 100% qoruyan peyvənd YARADILDI

ABŞ-da HİV-dən 100% qoruyan peyvənd YARADILDI

İflic durumda olan İranın Araz sahilində düşmən AXTARIŞI

İflic durumda olan İranın Araz sahilində düşmən AXTARIŞI

Qaxda avtomobil YANDI

Qaxda avtomobil YANDI

"Anam niyə ailəmə müdaxilə etməsin?"

"Anam niyə ailəmə müdaxilə etməsin?"

“Barselona” ispaniyalı qapıçı ilə müqavilə BAĞLADI

“Barselona” ispaniyalı qapıçı ilə müqavilə BAĞLADI

İran Hayfanın iki strateji obyektini vurub - VİDEO

İran Hayfanın iki strateji obyektini vurub - VİDEO

Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ

Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ

Azərbaycan Ordusunun rüşvətdə ittiham olunan xidmət rəisinin məhkəməsi BAŞLADI

Azərbaycan Ordusunun rüşvətdə ittiham olunan xidmət rəisinin məhkəməsi BAŞLADI

End of content

No more pages to load

RADİO