Bakıda 57 yaşlı qadın işlədiyi fabrikdə ölüb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə iyunun 19-u gecə saat 03 radələrində Binəqədi rayon Sulutəpə qəsəbəsində yerləşən “İceland” şirkətinin istehsal müəssisəsində baş verib.
Sexdə işləyən qəsəbə sakini 1968-ci il təvəllüdlü Ceyran Firudin qızı Mahmudova infarkt keçirərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media