“Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib – VİDEO

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində “Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov tədbiri giriş sözü ilə açaraq, qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıqla dəstək göstərdiyini bildirib.
 

Dövlət Komitəsi sədrinin müavini həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir.


Bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib və məsul vəzifələr qoyulub.

Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə tədbirlərin əsas icraçısıdır.

Tədbirdə çıxış edən ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov işğaldan azad edilmiş ərazilərdə icra edilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumat verib.

O, doğma yurda qayıdan əhalinin partlayıcı sursatların təhlükəsi ilə bağlı maarifləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini bildirib.

Tədbirdə Komitənin Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov, Sosial təminat və kommunal xidmətlər şöbəsinin müdiri Rövşən Məmmədov, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev, Hüquq və kadrlar şöbəsinin müdiri Vüsal Xəlilov, Monitorinq şöbəsinin müdir müavini Babək Bayramov, Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin müdir müavini Tural Qasımlı və digər nümayəndələr iştirak ediblər. Dövlət Komitəsinin nümayəndələri tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.
 

Qeyd edək ki, tədbirdə keçmiş məcburi köçkünlərə dövlət tərəfindən nəzərdə tutulan güzəşt və imtiyazlar, sosial müdafiə tədbirlərinin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri eləcə də onları maraqlandıran digər hüquqi məsələlərlə bağlı məlumat verilib.


Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi Tədbirlər Planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və mənzil-kommunal istismar sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar nümayiş etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daha bir ölkə diplomatlarını İrandan Bakıya TƏXLİYƏ ETDİ

Daha bir ölkə diplomatlarını İrandan Bakıya TƏXLİYƏ ETDİ

Bu gün 3 mindən çox müəllim İMTAHAN VERDİ

Bu gün 3 mindən çox müəllim İMTAHAN VERDİ

Ərdoğan və Paşinyan arasında görüş BAŞLAYIB

Ərdoğan və Paşinyan arasında görüş BAŞLAYIB

DİQQƏT: Bu yollarda tıxac var

DİQQƏT: Bu yollarda tıxac var

Məşhəd və Kərbəla ziyarəti TƏXİRƏ SALINIB?

Məşhəd və Kərbəla ziyarəti TƏXİRƏ SALINIB?

ABŞ-da HİV-dən 100% qoruyan peyvənd YARADILDI

ABŞ-da HİV-dən 100% qoruyan peyvənd YARADILDI

İflic durumda olan İranın Araz sahilində düşmən AXTARIŞI

İflic durumda olan İranın Araz sahilində düşmən AXTARIŞI

Qaxda avtomobil YANDI

Qaxda avtomobil YANDI

"Anam niyə ailəmə müdaxilə etməsin?"

"Anam niyə ailəmə müdaxilə etməsin?"

“Barselona” ispaniyalı qapıçı ilə müqavilə BAĞLADI

“Barselona” ispaniyalı qapıçı ilə müqavilə BAĞLADI

İran Hayfanın iki strateji obyektini vurub - VİDEO

İran Hayfanın iki strateji obyektini vurub - VİDEO

Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ

Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ

Azərbaycan Ordusunun rüşvətdə ittiham olunan xidmət rəisinin məhkəməsi BAŞLADI

Azərbaycan Ordusunun rüşvətdə ittiham olunan xidmət rəisinin məhkəməsi BAŞLADI

“Liverpul” 40 milyona müdafiəçi ALDI

“Liverpul” 40 milyona müdafiəçi ALDI

Ceyhun Bayramov Türkiyəyə getdi - İƏT XİN Şurasının iclasında iştirak edəcək

Ceyhun Bayramov Türkiyəyə getdi - İƏT XİN Şurasının iclasında iştirak edəcək

Cenevrədə nüvə böhranının həllinə dair danışıqlar başlayıb, Əraqçi də oradadır - VİDEO

Cenevrədə nüvə böhranının həllinə dair danışıqlar başlayıb, Əraqçi də oradadır - VİDEO

Bakıda silah-sursat aşkar edildi - FOTO/VİDEO

Bakıda silah-sursat aşkar edildi - FOTO/VİDEO

Milli Məclisin sabahkı iclasının gündəliyi DƏYİŞDİ

Milli Məclisin sabahkı iclasının gündəliyi DƏYİŞDİ

Burun əməliyyatından komaya düşən Nəzrinə əlavə sınıq xəsərətləri yetirilib – MƏHKƏMƏ

Burun əməliyyatından komaya düşən Nəzrinə əlavə sınıq xəsərətləri yetirilib – MƏHKƏMƏ

Azərbaycan və Çin arasında qarşılıqlı hüquqi yardım müqaviləsi TƏSDİQLƏNƏCƏK

Azərbaycan və Çin arasında qarşılıqlı hüquqi yardım müqaviləsi TƏSDİQLƏNƏCƏK

Polşalı qapıçı “Qarabağ”dan ayrıla bilər

Polşalı qapıçı “Qarabağ”dan ayrıla bilər

Tramp indi də telefon satacaq – FOTO

Tramp indi də telefon satacaq – FOTO

Rayonlarda leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Rayonlarda leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Dünyanın ən böyük hərbi təyyarəsi İran sərhədinə GƏTİRİLDİ – FOTO

Dünyanın ən böyük hərbi təyyarəsi İran sərhədinə GƏTİRİLDİ – FOTO

End of content

No more pages to load

RADİO