Mövsümdən əvvəl satılan qarpızlar TƏHLÜKƏ SAÇIR – Nələrə DİQQƏT edək?

Yay mövsümünün gəlməsi ilə qarpız, yemiş və digər sulu meyvələr bazarlarda geniş yer almağa başlayıb. Bu meyvələr orqanizmə faydalı olsa da, onların düzgün seçilməməsi və həddindən artıq qəbulu sağlamlıq üçün risklər yarada bilər.

Qida üzrə ekspert Fərid Səfərov Bizim.Media-ya açıqlamasında  bildirib ki, yay meyvələri – qarpız, yemiş, ərik, gavalı, alça, əncir və üzüm həm tərkibi, həm də dadı baxımından yay aylarında orqanizm üçün faydalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda qarpızdan zəhərlənmə halları artıb – VİDEO


Onun sözlərinə görə, qarpız və yemiş əsasən iyul və avqust aylarında yetişir:

“Tərkibində su çox olduğu üçün susuzluğu aradan qaldırır, isti havalarda bədəni sərinlədir. Lakin şəkərin yüksək olması bu meyvələrin normadan artıq istifadəsini riskli edir. Diabet və piylənmə riski olan şəxslər bu xüsusda diqqətli olmalıdır” - deyə o, bildirib.

Ekspert qeyd edib ki, bəzi hallarda meyvələrin mövsümündən əvvəl bazara çıxarılması üçün kimyəvi maddələrdən istifadə olunur:

“Tərkibində kimyəvi maddələr olan məhsullar olduqca təhlükəli və risklidir. Eyniylə bu aylarda satışa çıxarılan qarpız və yemişlərdə də bu maddələrdən istifadə edilir. Bu isə xüsusilə zəhərlənmə halları ilə nəticələnə bilər”,  - deyə ekspert xəbərdarlıq edib.

Fərid Səfərov əlavə edib ki, qarpız seçərkən qabığının tünd yaşıl olması və üzərindəki zolaqların aydın görünməsi tövsiyə olunur:

“Yumşalmış, əzilmiş, solğun rəngli meyvələrdən uzaq durmaq lazımdır. Kəsilmiş qarpız soyuducuda saxlanmalı, lakin uzun müddət gözlədilməməlidir. Əgər meyvənin iyi dəyişibsə, tumları yerindən çıxıbsa və ya səthi yumşalıbsa, onun istifadəsi tövsiyə olunmur”,  - deyə o, bildirib.

Fərid Səfərov qeyd edib ki, sağlam qarpızın tərkibində özünəməxsus şirin iy, tünd qırmızı rəng və dolğun dad olmalıdır. Bu meyvələrin xarici görünüşü, qoxusu və dadı onların təbii və təhlükəsiz olub-olmadığını göstərir.


Ekspert vətəndaşlara yalnız mövsümündə yetişmiş, təbii və  meyvələrə üstünlük verməyi tövsiyə edir.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Radiasiya varsa ağrıkəsici, qəbul etmək olmaz? – İddialara CAVAB

Radiasiya varsa ağrıkəsici, qəbul etmək olmaz? – İddialara CAVAB

Ərdoğan - Paşinyan görüşünün təfərrüatları AÇIQLANDI

Ərdoğan - Paşinyan görüşünün təfərrüatları AÇIQLANDI

AIDA-nın rəisi: “Effektiv əməkdaşlığın davamlı olacağına ümid edirik” - FOTO

AIDA-nın rəisi: “Effektiv əməkdaşlığın davamlı olacağına ümid edirik” - FOTO

“Beşiktaş” İtaliya millisinin üzvü ilə danışıq aparır

“Beşiktaş” İtaliya millisinin üzvü ilə danışıq aparır

Müğənnidən verilişlərə TƏNQİD: “Az qala qarderoba girirlər” - VİDEO

Müğənnidən verilişlərə TƏNQİD: “Az qala qarderoba girirlər” - VİDEO

Avtomobil "Baku Bus"la TOQQUŞDU: Nəqliyyatın hərəkəti çətinləşdi - VİDEO

Avtomobil "Baku Bus"la TOQQUŞDU: Nəqliyyatın hərəkəti çətinləşdi - VİDEO

SON DƏQİQƏ: Bodrumda zəlzələ oldu

SON DƏQİQƏ: Bodrumda zəlzələ oldu

Bako Sahakyan: “Azərbaycan ərazilərində baş vermiş döyüşlər Ermənistan ordusu tərəfindən keçirilirdi”

Bako Sahakyan: “Azərbaycan ərazilərində baş vermiş döyüşlər Ermənistan ordusu tərəfindən keçirilirdi”

Dörd bürcün HƏYATI DƏYİŞİR: Pul və uğur kimlər üçündür?

Dörd bürcün HƏYATI DƏYİŞİR: Pul və uğur kimlər üçündür?

Putin: “Rusiya üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır” - VİDEO

Putin: “Rusiya üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır” - VİDEO

“Karvan”ın stadionu ilə bağlı YENİLİK

“Karvan”ın stadionu ilə bağlı YENİLİK

Sumqayıtda 40 yaşlı kişi BIÇAQLANDI

Sumqayıtda 40 yaşlı kişi BIÇAQLANDI

Dünya çempionatı: Cüdoçularımız Almaniyaya UDUZDU

Dünya çempionatı: Cüdoçularımız Almaniyaya UDUZDU

Arazın Saatlıdan keçən hissəsində 18 yaşlı gənc BATDI

Arazın Saatlıdan keçən hissəsində 18 yaşlı gənc BATDI

Putin: “Bütün Ukrayna bizimdir" - VİDEO

Putin: “Bütün Ukrayna bizimdir" - VİDEO

Daha bir ölkə diplomatlarını İrandan Bakıya TƏXLİYƏ ETDİ

Daha bir ölkə diplomatlarını İrandan Bakıya TƏXLİYƏ ETDİ

Bu gün 3 mindən çox müəllim İMTAHAN VERDİ

Bu gün 3 mindən çox müəllim İMTAHAN VERDİ

Ərdoğan və Paşinyan arasında görüş BAŞLAYIB - VİDEO

Ərdoğan və Paşinyan arasında görüş BAŞLAYIB - VİDEO

DİQQƏT: Bu yollarda tıxac var

DİQQƏT: Bu yollarda tıxac var

Məşhəd və Kərbəla ziyarəti TƏXİRƏ SALINIB?

Məşhəd və Kərbəla ziyarəti TƏXİRƏ SALINIB?

ABŞ-da HİV-dən 100% qoruyan peyvənd YARADILDI

ABŞ-da HİV-dən 100% qoruyan peyvənd YARADILDI

İflic durumda olan İranın Araz sahilində düşmən AXTARIŞI

İflic durumda olan İranın Araz sahilində düşmən AXTARIŞI

Qaxda avtomobil YANDI

Qaxda avtomobil YANDI

"Anam niyə ailəmə müdaxilə etməsin?"

"Anam niyə ailəmə müdaxilə etməsin?"

End of content

No more pages to load

RADİO