Masallıda 14 yaşlı qız itkin düşüb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, şəhərin Dadva küçəsində yaşayan Xatirə Nurlan qızı Əhmədova iyunun 19-u saat 03 radələrində yaşadığı evdən çıxıb.
Daha sonra ondan heç bir xəbər alınmayıb.
8-ci sinif şagirdinin itkin düşməsi barədə daxil olmuş müraciət Masallı rayon polis şöbəsi tərəfindən araşdırılır.
Bizim.Media