ADNSU-nun növbəti beynəlxalq uğuru: Universitet QS reytinqində dünyada 851–900-cü mövqedə qərarlaşıb – FOTO

İyunun 19-da dünyanın nüfuzlu ali təhsil qiymətləndirmə agentliklərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən universitetlərin 2026-cı il üzrə reytinq sıralaması açıqlanıb. 

Bizim.Media xəbər verir ki, nəticələrə əsasən, “QS Dünya Universitetləri Reytinqi 2026”-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ötən illə müqayisədə əhəmiyyətli irəliləyiş göstərərək 851–900-cü sıralarda yer alıb.

Qeyd edək ki, QS-nin 2025-ci il üçün açıqladığı reytinqdə ADNSU 1001–1200-cü sıralarda qərarlaşmışdı.

Builki irəliləyiş əsasən universitetin tədris keyfiyyətinin və beynəlxalq əlaqələrinin inkişafı ilə bağlıdır.
 

Reytinq göstəricilərinin təhlili göstərir ki, ADNSU xüsusilə tədrisin keyfiyyətinə görə (tələbələrə dəstək, tələbə-müəllim münasibətinə görə) yüksək nəticə əldə edib. Belə ki, universitet bu göstəricidə 73.3 bal toplayaraq tələbələrə göstərilən akademik dəstəyin və tədris prosesinin yüksək səviyyədə olduğunu sübut edib.


Bundan əlavə, əcnəbi müəllim heyəti üzrə göstərici 46.8 bal, məzunların işlə təminatı üzrə göstərici isə 45.0 bal olub. Bu, ADNSU-nun beynəlxalq əmək bazarına inteqrasiya olunmuş məzunlar yetişdirdiyini və akademik heyətinin qlobal rəqabətə uyğunluğunu təsdiqləyir.

Bu nailiyyət təkcə ADNSU üçün deyil, bütövlükdə Azərbaycanın ali təhsil sistemi üçün də əlamətdar hadisədir.

Belə ki, “QS Dünya Universitetləri Reytinqi 2026”da Azərbaycanın ümumilikdə 9 universiteti yer alıb.

Bu isə əvvəlki illə müqayisədə 3 dəfə artım deməkdir. ADNSU bu reytinqdə ölkə üzrə 3-cü yeri paylaşaraq Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən əsas ali təhsil müəssisələrindən biri kimi çıxış edir.
 

QS-in regional direktoru Sergey Xristolyubov da qeyd edib ki, Azərbaycanın ali təhsil sistemi bu nəticələrlə Cənubi Qafqaz regionunda lider mövqeyini bir daha təsdiqləyib.


ADNSU isə bu uğurun ayrılmaz tərkib hissəsi kimi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə etibarlı, müasir və strateji ali təhsil müəssisəsi statusunu bir daha sübut edib.

Onu da qeyd edək ki, QS Dünya Universitetləri Reytinqi üçün bu il 106 ölkədən 8467 universitet müraciət edib. Onlardan 2026-cı il reytinqində 1501 universitet yer alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tofiq Musayev UFC turnirində çəkisini DƏYİŞDİ

Tofiq Musayev UFC turnirində çəkisini DƏYİŞDİ

Bakı metrosu nə zaman yay rejiminə KEÇİR? – Rəsmi AÇIQLAMA

Bakı metrosu nə zaman yay rejiminə KEÇİR? – Rəsmi AÇIQLAMA

Bir ailədən 3 müəllim imtahanda yüksək nəticə göstərdi

Bir ailədən 3 müəllim imtahanda yüksək nəticə göstərdi

Bakıda ağır QƏZA: Taksi skuter sürən yeniyetməni vuraraq öldürdü – VİDEO

Bakıda ağır QƏZA: Taksi skuter sürən yeniyetməni vuraraq öldürdü – VİDEO

"Evdar xalanın kosmetoloqa, anestezioloqun cərraha çevrildiyini gördük" – Rövşanə

"Evdar xalanın kosmetoloqa, anestezioloqun cərraha çevrildiyini gördük" – Rövşanə

Qarabağ kanalında batan yeniyetmənin axtarışı davam etdirilir - VİDEO

Qarabağ kanalında batan yeniyetmənin axtarışı davam etdirilir - VİDEO

Şəhidin nəşi 32 ildən sonra doğma kəndində torpağa tapşırıldı – FOTO/VİDEO

Şəhidin nəşi 32 ildən sonra doğma kəndində torpağa tapşırıldı – FOTO/VİDEO

“Abzas Media” işi üzrə həbs olunan şəxslərə HÖKM OXUNDU - 9 ilə kimi həbs

“Abzas Media” işi üzrə həbs olunan şəxslərə HÖKM OXUNDU - 9 ilə kimi həbs

Saxlanılan icra başçısı bu məmurun QOHUMUDUR

Saxlanılan icra başçısı bu məmurun QOHUMUDUR

Azərbaycan UNESCO-nun hökumətlərarası komitəsinə üzv SEÇİLDİ

Azərbaycan UNESCO-nun hökumətlərarası komitəsinə üzv SEÇİLDİ

Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA

Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA

Sürücülərin DİQQƏTİNƏ! Bakıda bu küçə 2 günə yaxın bağlı olacaq

Sürücülərin DİQQƏTİNƏ! Bakıda bu küçə 2 günə yaxın bağlı olacaq

Belarus Parlamentinin sədri "Azərbaycan-Belarus Gənclər Forumu"nun iştirakçılarını qəbul etdi – FOTO

Belarus Parlamentinin sədri "Azərbaycan-Belarus Gənclər Forumu"nun iştirakçılarını qəbul etdi – FOTO

Piramida dələduzluğunda təqsirləndirilən "Zevs"in qardaşı hakim qarşısında

Piramida dələduzluğunda təqsirləndirilən "Zevs"in qardaşı hakim qarşısında

“Araz Naxçıvan” iki futbolçu ilə müqaviləni UZATDI

“Araz Naxçıvan” iki futbolçu ilə müqaviləni UZATDI

Qaxın saxlanılan icra başçısı bu əməllərə görə İTTİHAM OLUNUR – DETALLAR

Qaxın saxlanılan icra başçısı bu əməllərə görə İTTİHAM OLUNUR – DETALLAR

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdə imtahan keçiriləcək

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdə imtahan keçiriləcək

Bakıda narkotik bükümlərini udan şəxs xəstəxanada dünyasını dəyişdi

Bakıda narkotik bükümlərini udan şəxs xəstəxanada dünyasını dəyişdi

Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ – Şəkər dərmanı arıqlama üçün İSTİFADƏ edilir?

Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ – Şəkər dərmanı arıqlama üçün İSTİFADƏ edilir?

Nazir Fuad Cəfərovu baş həkim TƏYİN ETDİ

Nazir Fuad Cəfərovu baş həkim TƏYİN ETDİ

Leyla Əliyeva və Arzu Əliyeva “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışında – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışında – FOTO

Bu mağazada vaxtı keçmiş məhsullar satılır – FOTO

Bu mağazada vaxtı keçmiş məhsullar satılır – FOTO

Qaraçuxurda evdən 14 minlik qızıl OĞURLANDI

Qaraçuxurda evdən 14 minlik qızıl OĞURLANDI

Ermənistan İranla bağlı gizli məlumatları ABŞ və İsrailə ötürüb – SENSASİON DETALLAR

Ermənistan İranla bağlı gizli məlumatları ABŞ və İsrailə ötürüb – SENSASİON DETALLAR

End of content

No more pages to load

RADİO