Məzuniyyət gözləyənlərin NƏZƏRİNƏ: Ən azı 3 həftə…

İl ərzində gərgin iş qrafikində çalışan insanlar adətən məzuniyyət üçün yayın gəlişini səbirsizliklə gözləyirlər. Azı 1 ya 2 həftə məzuniyyətin istirahət üçün onlara yetdiyini düşünürlər. Əslində isə bu insanlara ən azı 3 həftə məzuniyyət şərtdir.

Bizim.Media xəbər verir ki, psixoloq, NLP-terapevt Angelina Surina bu barədə "Moskva 24"ə danışıb.

Həkimin fikrincə, çalışan insanların tam enerjilərinin bərpası üçün üç həftəlik məzuniyyətə ehtiyac var. Onun sözlərinə görə, beynin istirahətə keçidi yalnız ikinci həftədən başlayır. Odur ki, orqanizmin tam şəkildə yenilənməsi və bərpası üçün üç həftəlik məzuniyyət vacibdir.

Həkimin sözlərinə görə, məzuniyyətin ilk həftəsi əsasən istirahətə adaptasiyaya sərf olunur:

“Bu da ondan irəli gəlir ki, insanların əksəriyyəti hələ də telefona baxmağa meylli olur və tam rahatlıq hiss etmirlər. Eyni zamanda, tam dincəlmək üçün aktiv fəaliyyətləri passiv istirahətlə əvəzləmək vacibdir. İlk günlərdə isə evdə və ya çimərlikdə uzanmaq və ya qısa bir gəzintiyə çıxmaq tövsiyə olunur ki, insan güc toplaya bilsin.

Daha sonra isə “mənzərəni dəyişmək” və ekskursiyaya çıxmaq, başqa bir şəhərə getmək, teatra, kinoya baş çəkmək və ya yeni bir idman növünü sınamaq vacibdir. Belə fəaliyyətlər dopaminin sintezini artırır və beynin yeni sinir əlaqələrini inkişaf etdirməsinə kömək edir”.

Bundan başqa, əgər şəxs narahatlığa meyillidirsə, o zaman rahatlamağı öyrənməsi çox vacibdir. Surinanın sözlərinə görə, bu tip insanlara məzuniyyəti həftəlik hissələrə bölmək tövsiyə oluna bilər ki, beyin istirahətə alışa bilsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya çempionatının oyunu yarımçıq DAYANDIRILDI

Dünya çempionatının oyunu yarımçıq DAYANDIRILDI

Gəncədə azyaşlının üzərinə daş hasar AŞDI

Gəncədə azyaşlının üzərinə daş hasar AŞDI

Belarusla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi

Belarusla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi

Kundenin gələcəyi ilə bağlı planı bilindi

Kundenin gələcəyi ilə bağlı planı bilindi

Fit görünmək uğrunda ölüm riski – Mütəxəssisdən XƏBƏRDARLIQ

Fit görünmək uğrunda ölüm riski – Mütəxəssisdən XƏBƏRDARLIQ

İtaliya klubunun baş məşqçisi MƏLUM OLDU

İtaliya klubunun baş məşqçisi MƏLUM OLDU

Beyninə qan sızan aktyordan YAZDI: “Dualarımız səninlədir” - FOTO

Beyninə qan sızan aktyordan YAZDI: “Dualarımız səninlədir” - FOTO

Almaniya səfiri İran XİN-ə ÇAĞIRILDI

Almaniya səfiri İran XİN-ə ÇAĞIRILDI

Yasamalda çoxmərtəbəli binada yanğın OLDU - VİDEO

Yasamalda çoxmərtəbəli binada yanğın OLDU - VİDEO

SEPAH-a yeni kəşfiyyat rəhbəri TƏYİN OLUNDU

SEPAH-a yeni kəşfiyyat rəhbəri TƏYİN OLUNDU

Dünya çempionatı: “Palmeyras”dan inamlı qələbə - VİDEO

Dünya çempionatı: “Palmeyras”dan inamlı qələbə - VİDEO

Prezidentlər Maraş dondurmasının dadına baxdılar - FOTO/VİDEO

Prezidentlər Maraş dondurmasının dadına baxdılar - FOTO/VİDEO

Leninqradın vitse-qubernatoru evində ölü tapıldı

Leninqradın vitse-qubernatoru evində ölü tapıldı

Edin Dzeko “Fiorentina”da

Edin Dzeko “Fiorentina”da

Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi - FOTO

Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi - FOTO

Məzuniyyət gözləyənlərin NƏZƏRİNƏ: Ən azı 3 həftə…

Məzuniyyət gözləyənlərin NƏZƏRİNƏ: Ən azı 3 həftə…

İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO

İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO

Cüdoçularımız dünya çempionatını 3 bürünc medalla BAŞA VURDULAR

Cüdoçularımız dünya çempionatını 3 bürünc medalla BAŞA VURDULAR

Ayseldən ETİRAF: “Gözəllik salonunda işləmişəm, yer süpürmüşəm” - VİDEO

Ayseldən ETİRAF: “Gözəllik salonunda işləmişəm, yer süpürmüşəm” - VİDEO

Peskov: “Moskva ABŞ-ın İrana zərbəsini yanlış hesab edəcək”

Peskov: “Moskva ABŞ-ın İrana zərbəsini yanlış hesab edəcək”

İlham Əliyev zəlzələdən zərər çəkən ailələrə yeni mənzillərinin açarlarını TƏQDİM ETDİ - VİDEO

İlham Əliyev zəlzələdən zərər çəkən ailələrə yeni mənzillərinin açarlarını TƏQDİM ETDİ - VİDEO

Harutyunyan və digərləri yenidən MƏHKƏMƏ QARŞISINDA - FOTO

Harutyunyan və digərləri yenidən MƏHKƏMƏ QARŞISINDA - FOTO

Fransalı baş nazirin başına iş gəldi, ölkədə gümdəm oldu - VİDEO

Fransalı baş nazirin başına iş gəldi, ölkədə gümdəm oldu - VİDEO

Ceyhun Kazımov yüksək vəzifəyə TƏYİN OLUNDU

Ceyhun Kazımov yüksək vəzifəyə TƏYİN OLUNDU

End of content

No more pages to load

RADİO