Gənc oğlan kanalda batıb. Hadisə Mingəçevir Tərəvəzçilik Massivi yaxınlığında Goran istiqamətində baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, 13 yaşlı Sübhan Abdullayev Hüseyn oğlu Qarabağ kanalının Şunuz adlı hissəsində batıb.
Hal-hazırda axtarışlar davam etdirilir.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu