Vətən müharbəsi sübut etdi ki, birinci Qarabağ müharibəsində vahid komandanlığın olmaması böyük itkilərə səbəb olurdu. Çünki, yaranan yerli özünü müdafiə batalyonları pərakəndə şəkildə girdikləri döyüş əməliyyatlarında məğlubiyyətə düçar olurdular.
Bu gün şəhid olduğu ehtimal olunan, lakin hələ də itkin kimi qeydiyyatda olan Ələkbərov Mübariz Kəriş oğlu kimi...
Ələkbərov Mübariz Kəriş oğlu 29 may 1956-cı ildə Ağdam rayonunun Üçoğlan inzibati ərazi dairəsinin Kiçikli kəndində anadan olub. O, 1992-ci ildə könüllü olaraq torpaqların müdafiəsinə qalxıb. Onun son döyüşü isə elə həmin ildə Ağdərə rayonun Sırxavənd kəndində olub.
Elgün Gəncimsoy, Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media