"Arzuya çatmaq üçün insanın hədəfi olmalıdır. Mən də öz hədəfimin ardınca getdim. Arzum Tibb Universitetinin müalicə-profilaktika fakültəsində oxumaqdır".
Bu sözləri Bizim.Media-ya Xaçmaz şəhərindəki Akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyin bu ilki məzunu Ləman Əliyeva deyib. Ləman buraxılış imtahanında 283, blok imtahanında isə 400 bal toplayaraq ölkə üzrə ən yüksək nəticə göstərən məzunlardan biri olub.
Qazandığı uğurlara görə valideynlərinə və müəllimlərinə minnətdarlıq edən Ləman Əliyeva artıq arzusunun astanasında olduğunu deyərək insanların sağlamlığının keşiyində durmaq üçün savadlı həkim olacağının da indidən anonsunu verdi:
"İmkan olsa müalicə işi fakültəsində ingilis dilində oxumaq və dünya səhiyyəsunin yeniliklərini öyrənməklə savadlı həkim olmağa çalışacağam".
Ləman Əliyeva arzusuna çatmaq istəyən həmyaşıdlarına və gələcəyin məzunlarına hədəfə doğru irəliləmək üçün öz təcrübəsindən də danışıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu