Toy karvanında hərəkət edən gəlin maşını qəza törədib. Hadisə Yevlax rayonununda baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, toy karvanında Pərvin Musayevə məxsus “Hyundai " markalı gəlin maşını Yevlax sakini Nicat Kərimovu vurub.
Hadisə nəticəsində N.Kərimov yüngül bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı Yevlax rayon polis şöbəsində araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu