Bu gün Abşeron-Xızı Regional Təhsil İdarəsinin keçirdiyi sertifikatlaşdırma imtahanında Xızının 2 qəsəbə məktəbində coğrafiya müəllimi işləyən Amid Almazov maksimum - 60 bal toplayıb.
Xızı rayonunun Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta və Cabir Novruz adına Stalçay qəsəbə 1 saylı tam orta məktəblərinin müəllimi olan Amid Almazov Bizim.Media-ya açıqlamasında b ildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafiya fakültəsini bitirib və 10 ildir Xızı məktəblilərinə çoğrafiya fənnini sevdirməyə çalışır.
O, sertifikatlaşdırma imtahanında ən yüksək nəticə əldə etməsini həmişə öz üzərində çalışması ilə izah edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu