"Ötən gecə Bakı səmasında görüntülənən obyektlər İlon Maskın "Starlink" peykləridir. Onlar qrup halında buraxılır. 18 iyunda da bir qrup buraxılıb".
Bizim.Media xəbər verir ki, bunu “Baku.ws”ə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov bildirib.
Onun sözlərinə görə, "Starlink" peyklərinin göndərilməsi 2015-dən planlaşdırılıb:
"İlk buraxılış 2018-ci ilin fevralında olub. 2025-ci il də daxil olmaqla hazırda onların sayı 8987-dir. Gələcəkdə bu say bir neçə 10000-ə çatdırılacaq. "Starlink" peykləri internet üçün nəzərdə tutulub. Hər qrupda 20-yə qədər ola bilir" - deyə Xıdır Mikayılov qeyd edib.
Qeyd edək ki, bu gün gecə saatlarında Bakı səmasında uçan naməlum obyekt müşahidə olunub.
Paytaxtn müxtəlif ərazilərindən çəkilən videolarda səmada qəribə formalı işıq görünür. Uçan naməlum obyekt bir müddət sonra yoxa çıxıb.
Bizim.Media