Kənd məktəbinin məzunu imtahanlarda əldə etdiyi yüksək nəticələrə görə rayon birincisi olub.
Söhbət Bərdə rayonu Cicimli kənd sakini, Qayalı kənd məktəbinin məzunu Güllü Fazil qızı Əfəndidən gedir.
Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə uşaqlıqdan kənd məktəbində tədris alıb və elə kənddə də repetitor yanına gedib. Buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərərək Bərdə rayon üzrə birinci yerdə qərarlaşıb.
Güllünün sözlərinə görə uğur əldə etmək üçün ilk növbədə istək olmalıdır:
“Ən çox eşitdiyimiz bir cümlə var. Kənd məktəblərində oxuyan uşaqlar şəhər məktəblərinə nisbətən zəif olur. Məncə bu belə deyil. Uğur qazanmaq məkana və zamana baxmır. Ən əsası məqsədli olmaqdır. Mən qarşıma məqsəd qoydum ki, oxuyub bu vətən üçün layiqli vətəndaş olacam. Şükürlər olsun ki, repetitor müəllimlərimin və ailəmin dəstəyi sayəsində bu uğuru əldə edə bildim. İnşallah hüquqşünas ixtisasına yiyələnəcəyəm.”.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu