"Microsoft" korporasiyası yaxın həftələrdə minlərlə əməkdaşını ixtisar etməyi planlaşdırır.
İxtisarlar, əsasən, satış komandalarını və digər bölmələri əhatə edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Bildirilir ki, bu addım şirkətin süni intellektin inkişafına fokuslanması ilə əlaqələndirilir.
Hazırda ixtisara düşəcək işçilərin dəqiq sayı müəyyən edilməyib. Rəsmiləşdirilmiş restrukturizasiya iyul ayında - "Microsoft"un yeni maliyyə ilinin başlaması ilə paralel həyata keçiriləcək.
Qeyd edək ki, bu, 2025-ci ildə şirkətin həyata keçirdiyi ikinci genişmiqyaslı ixtisardır. Belə ki, may ayında "Microsoft", əsasən, proqram təminatı tərtibatçıları arasında altı min vəzifəni ləğv etmişdi. Daha sonra "Bloomberg" agentliyi əlavə olaraq 300-dən çox əməkdaşın da işdən çıxarıldığını bildirmişdi. (oxu.az)
Bizim.Media