Laçın rayonunda Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zabuxçay su anbarı istifadəyə verilib.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev deyib.
Onun sözlərinə görə, bu layihə Azərbaycan Respublikası Prezidentinin 1 mart 2022-ci il tarixli Sərəncamına əsasən, işğaldan azad olunan ərazilərin bərpası çərçivəsində həyata keçirilib:
“Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşən yeni yaradılan aqroparklar və digər istifadəçilərə məxsus ümumilikdə 12 100 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə yaradılan Zabuxçay su anbarının ümumi tutumu 27 milyon m³-dir.
Su anbarının tikintisi zamanı bir sıra mühüm işlər həyata keçirilib. Belə ki, Güləbird SES-ə aid 1,2 km-lik derivasiya boru xətti, su anbarı bəndi və qəza sutullayıcısı tikilib, xidməti bina və ətraf infrastrukturlar tam şəkildə qurulub".
Bizim.Media