Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində başlayan yanğın məhdudlaşdırılıb.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinini canlı qüvvə və texnikasının operativ müdaxiləsi sayəsində fabrikdəki yanğın tam söndürülüb.
***11:53
Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində yanğın hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisə Sülh prospektində yerləşən tekstil istehsalı ilə məşğul olan müəssisədə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi, təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır.
İlkin məlumata əsasən, yanğının yaranmasına səbəb kimi pambıq tullantılarının alışması göstərilir.
Faktla bağlı araşdırma gedir.
Bizim.Media