Cəlilabad rayonunun Seyidbazar kənd sakini, 2004-cü il doğumlu Mirzəyev Əlisa Hüseynağa oğlu ötən gün yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri dönməyib.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun açıqlamasına əsasən, hazırda həmin şəxsin tapılması üçün polis əməkdaşları tərəfindən axtarış və araşdırma tədbirləri aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.