Bakıda yaxın qohumunu güllələyərək qətlə yetirən şəxslərə HÖKM OXUNDU

Bakının Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Pərviz Xudaverdiyev 12 il, Seymur Xudaverdiyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
 

Qeyd edək ki, qətl hadisəsi 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsində baş verib. İş adamı 53 yaşlı Cavanşir Abdullayevin "Revolver" markalı tapança ilə qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Xudaverdiyev polisə gələrək könüllü təslim olub.


Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub. Belə ki, C.Abdullayev Pərvizin əmisi Mərdəkanlı Amilin qudası imiş.

İlkin iddiaya görə, C.Abdullayevin oğlu Ruhulla bir müddət əvvəl Pərvizin bacısını qaçırıb. Belə ki, Ruhulla Pərvizin bacısını boşadığı üçün münaqişə yaranıb. Hadisədə elə bu səbəbə görə baş verib.

Onu da xatırladaq ki, bu il avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabir oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
 

Amin Xudaverdiyev uzun illər Rövşən Lənkəranskinin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən Amin Xudaverdiyev birincinin tərəfində dayanıb.


Bundan sonra isə uzun illər Rövşən Lənkəranskinin sağ əli hesab olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhər qəhvəsinin inanılmaz FAYDASI

Səhər qəhvəsinin inanılmaz FAYDASI

Elgizlə Röyanın səmimi ANLARI - VİDEO

Elgizlə Röyanın səmimi ANLARI - VİDEO

Durov vəsiyyətini AÇIQLADI: Övladları 30 il sərvətini ala bilməyəcək - FOTO

Durov vəsiyyətini AÇIQLADI: Övladları 30 il sərvətini ala bilməyəcək - FOTO

“Beşiktaş”ın üzvü digər İstanbul klubuna KEÇİR

“Beşiktaş”ın üzvü digər İstanbul klubuna KEÇİR

Bakının 2 rayonunda qaz olmayacaq

Bakının 2 rayonunda qaz olmayacaq

Əminədən ETİRAF: “Təkcə qızımın atasını sevmişəm” - VİDEO

Əminədən ETİRAF: “Təkcə qızımın atasını sevmişəm” - VİDEO

Dörd bürcə dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...

Dörd bürcə dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...

Bu legioner də “Fənərbağça”nı tərk edəcək

Bu legioner də “Fənərbağça”nı tərk edəcək

Bu gün 2019 müəllim İMTAHAN VERDİ

Bu gün 2019 müəllim İMTAHAN VERDİ

Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi

Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi

Azərbaycanlı aktyorun avtobusda pul qabısını OĞURLADILAR - VİDEO

Azərbaycanlı aktyorun avtobusda pul qabısını OĞURLADILAR - VİDEO

UFC döyüşçüləri Dənizkənarı Milli Parkda məşq etdilər - FOTO

UFC döyüşçüləri Dənizkənarı Milli Parkda məşq etdilər - FOTO

SON DƏQİQƏ: İsrail Tehranın Damavənd bölgəsini raketlə vurub

SON DƏQİQƏ: İsrail Tehranın Damavənd bölgəsini raketlə vurub

Gəncədə FACİƏ: Yeniyetmə qız yandı

Gəncədə FACİƏ: Yeniyetmə qız yandı

Britaniya İrana hücumlarda ABŞ-a KÖMƏK EDƏCƏK

Britaniya İrana hücumlarda ABŞ-a KÖMƏK EDƏCƏK

“Azərreyl” yeni transferini AÇIQLADI

“Azərreyl” yeni transferini AÇIQLADI

İranın televiziya kanallarında hökumət əleyhinə materiallar yayımlanır - ANBAAN VİDEO

İranın televiziya kanallarında hökumət əleyhinə materiallar yayımlanır - ANBAAN VİDEO

Hər gün bir fincan çay içməyin sağlamlığa 7 FAYDASI

Hər gün bir fincan çay içməyin sağlamlığa 7 FAYDASI

Qurban Qurbanov: “Hər iki komanda bizə uyğun olmayan rəqibdir”

Qurban Qurbanov: “Hər iki komanda bizə uyğun olmayan rəqibdir”

İran İsrailə “Seccil” uzaqmənzilli ballistik raketi atıb - VİDEO

İran İsrailə “Seccil” uzaqmənzilli ballistik raketi atıb - VİDEO

Aysundan İDDİALI PAYLAŞIM: “Mənə hər kəsin etdiyini necə etdin?” - VİDEO

Aysundan İDDİALI PAYLAŞIM: “Mənə hər kəsin etdiyini necə etdin?” - VİDEO

DİQQƏT: Qəbul imtahanının nəticəsi elan olundu

DİQQƏT: Qəbul imtahanının nəticəsi elan olundu

İran İsraili yeni ballistik raketlərlə VURUR - FOTO/VİDEO

İran İsraili yeni ballistik raketlərlə VURUR - FOTO/VİDEO

Dünya çempionatı: Olimpiya çempionumuz bürünc medal qazandı

Dünya çempionatı: Olimpiya çempionumuz bürünc medal qazandı

End of content

No more pages to load

RADİO