Kazinoların leqallaşdırılması Azərbaycan iqtisadiyyatına nə verəcək?

Azərbaycan Respublikasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, müasir dünyada qumar biznesi, xüsusilə kazinolar, iqtisadiyyatın mühüm elementlərindən birinə çevrilib.
 

ABŞ, Sinqapur, Monako, Gürcüstan və digər ölkələrdə kazinolar dövlətə böyük miqdarda gəlir gətirməklə yanaşı, həm də turizmin inkişafına, məşğulluğun artırılmasına və investisiya mühitinin canlanmasına səbəb olur.


Bu baxımdan, Azərbaycanda da kazinoların açılması məsələsi zaman-zaman ictimaiyyətin və ekspertlərin müzakirə mövzusuna çevrilir. Hazırda Azərbaycanda qumar oyunları, o cümlədən, kazinolar qanunla qadağandır. Buna baxmayaraq, bu sahənin iqtisadi potensialı nəzərə alınaraq, kazinoların yenidən leqallaşdırılması mümkün və aktual bir məsələ kimi qiymətləndirilə bilər.

Azərbaycanda kazinoların açılması dövlət büdcəsinə əlavə vergi gəlirləri gətirə bilər. Qumar biznesi lisenziyalaşdırılaraq, dövlətin tam nəzarəti altına alınarsa, həm lisenziya haqları, həm də dövriyyədən alınan vergilər vasitəsilə ciddi maliyyə vəsaiti toplamaq mümkündür. Bu vəsaitin bir hissəsi sosial layihələrin maliyyələşdirilməsinə, infrastrukturun yaxşılaşdırılmasına və digər prioritet sahələrin inkişafına yönəldilə bilər.

Məsələn, Böyük Britaniyada bu gəlir illik 20 milyard, İtaliyada 15 milyard, Niderlandda isə 4 milyard ABŞ dolları civarındadır. Kazinoların leqallaşdığı Gürcüstan (2001-ci ildən) illik 100-150 milyon, Rusiya (2009-cu ildən) isə 20-30 milyon dollar civarında vergi gəlirləri əldə edib. Oxşar model Azərbaycanda da tətbiq edilərsə, illik milyonlarla manat həcmində gəlir mümkün ola bilər.

Kazinolar beynəlxalq turistləri cəlb edən mühüm obyektlərdən biridir. Dünya üzrə ən məşhur kazino şəhərləri olan Las Veqas, Makao və Monte-Karlo buna nümunədir. Azərbaycan, xüsusilə də Bakı, Xəzər sahili bölgələr kimi turizm potensialı yüksək olan ərazilərdə kazino kompleksləri qurmaqla, həm regionların inkişafına, həm də turizm sektorunun genişlənməsinə şərait yarada bilər.

Turistlər kazinoya gəlməklə yanaşı, hotellərdə qalır, restoranlardan istifadə edir, mədəni-tarixi yerləri ziyarət edir və bu da əlavə iqtisadi aktivlik yaradır. Beləliklə, kazinoların fəaliyyət göstərməsi yalnız bir sektoru deyil, bütöv xidmət sahəsini canlandırır. Kazinoların fəaliyyəti minlərlə yeni iş yerinin açılmasına səbəb ola bilər. Bu iş yerləri yalnız kazino işçiləri ilə məhdudlaşmır.
 

Mühafizə xidmətləri, təmizlik, restoran və bar işçiləri, texniki personal, marketinq və menecment sahəsində çalışanlar da daxil olmaqla, geniş spektrdə insan resursuna ehtiyac yaranır. Bundan əlavə, dolayı yollarla – məsələn, nəqliyyat, turizm xidmətləri, yerli istehsal mallarının satışı kimi sahələrdə də məşğulluq artır.


Bu, xüsusilə bölgələrdə gənclər üçün iş imkanlarının yaradılmasına təkan verə bilər. Nəticədə kazinoların Azərbaycanda açılması məsələsi həm iqtisadi imkanlar, həm də sosial risklər baxımından kompleks və diqqətlə yanaşılması lazım olan mövzudur. Əgər düzgün tənzimləmə, nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilərsə, kazinolar iqtisadi artım, turizmin inkişafı, vergi gəlirlərinin artması və məşğulluğun yüksəlməsi baxımından mühüm rol oynaya bilər.

Qeyd edək ki, “Azərbaycanda kazino fəaliyyəti ölkə Prezidentinin “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” sərəncamı ilə 27 yanvar 1998-ci il tarixində qadağan olunmuşdu. (Mənbə: Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhər qəhvəsinin inanılmaz FAYDASI

Səhər qəhvəsinin inanılmaz FAYDASI

Elgizlə Röyanın səmimi ANLARI - VİDEO

Elgizlə Röyanın səmimi ANLARI - VİDEO

Durov vəsiyyətini AÇIQLADI: Övladları 30 il sərvətini ala bilməyəcək - FOTO

Durov vəsiyyətini AÇIQLADI: Övladları 30 il sərvətini ala bilməyəcək - FOTO

“Beşiktaş”ın üzvü digər İstanbul klubuna KEÇİR

“Beşiktaş”ın üzvü digər İstanbul klubuna KEÇİR

Bakının 2 rayonunda qaz olmayacaq

Bakının 2 rayonunda qaz olmayacaq

Əminədən ETİRAF: “Təkcə qızımın atasını sevmişəm” - VİDEO

Əminədən ETİRAF: “Təkcə qızımın atasını sevmişəm” - VİDEO

Dörd bürcə dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...

Dörd bürcə dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...

Bu legioner də “Fənərbağça”nı tərk edəcək

Bu legioner də “Fənərbağça”nı tərk edəcək

Bu gün 2019 müəllim İMTAHAN VERDİ

Bu gün 2019 müəllim İMTAHAN VERDİ

Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi

Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi

Azərbaycanlı aktyorun avtobusda pul qabısını OĞURLADILAR - VİDEO

Azərbaycanlı aktyorun avtobusda pul qabısını OĞURLADILAR - VİDEO

UFC döyüşçüləri Dənizkənarı Milli Parkda məşq etdilər - FOTO

UFC döyüşçüləri Dənizkənarı Milli Parkda məşq etdilər - FOTO

SON DƏQİQƏ: İsrail Tehranın Damavənd bölgəsini raketlə vurub

SON DƏQİQƏ: İsrail Tehranın Damavənd bölgəsini raketlə vurub

Gəncədə FACİƏ: Yeniyetmə qız yandı

Gəncədə FACİƏ: Yeniyetmə qız yandı

Britaniya İrana hücumlarda ABŞ-a KÖMƏK EDƏCƏK

Britaniya İrana hücumlarda ABŞ-a KÖMƏK EDƏCƏK

“Azərreyl” yeni transferini AÇIQLADI

“Azərreyl” yeni transferini AÇIQLADI

İranın televiziya kanallarında hökumət əleyhinə materiallar yayımlanır - ANBAAN VİDEO

İranın televiziya kanallarında hökumət əleyhinə materiallar yayımlanır - ANBAAN VİDEO

Hər gün bir fincan çay içməyin sağlamlığa 7 FAYDASI

Hər gün bir fincan çay içməyin sağlamlığa 7 FAYDASI

Qurban Qurbanov: “Hər iki komanda bizə uyğun olmayan rəqibdir”

Qurban Qurbanov: “Hər iki komanda bizə uyğun olmayan rəqibdir”

İran İsrailə “Seccil” uzaqmənzilli ballistik raketi atıb - VİDEO

İran İsrailə “Seccil” uzaqmənzilli ballistik raketi atıb - VİDEO

Aysundan İDDİALI PAYLAŞIM: “Mənə hər kəsin etdiyini necə etdin?” - VİDEO

Aysundan İDDİALI PAYLAŞIM: “Mənə hər kəsin etdiyini necə etdin?” - VİDEO

DİQQƏT: Qəbul imtahanının nəticəsi elan olundu

DİQQƏT: Qəbul imtahanının nəticəsi elan olundu

İran İsraili yeni ballistik raketlərlə VURUR - FOTO/VİDEO

İran İsraili yeni ballistik raketlərlə VURUR - FOTO/VİDEO

Dünya çempionatı: Olimpiya çempionumuz bürünc medal qazandı

Dünya çempionatı: Olimpiya çempionumuz bürünc medal qazandı

End of content

No more pages to load

RADİO