Lənkəran rayonunun Kərgəlan kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, "VAZ-21015" markalı avtomobil hərəkətdə olarkən "VAZ-2106" markalı digər nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə baş verən kimi əraziyə üç təcili tibbi yardım maşını və həkim briqadası cəlb olunub.
Qəza nəticəsində beş nəfər - 2002-ci il təvəllüdlü Dəyanət Məmməd oğlu Balayev, 1999-cu il təvəllüdlü Məhərrəm Qədir oğlu Fərzullayev, 2005-ci il təvəllüdlü İbadət Aydın oğlu Məmmədov, 2007-ci il təvəllüdlü Mehman Kamran oğlu Məmmədzadə və 2007-ci il təvəllüdlü Murad Fəxri oğlu Babazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə aparılıb. Onlara ilkin tibbi müdaxilə edilib və hazırda müalicələri davam etdirilir.
Baş verən qəza ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu