Səhv diaqnoz, uğursuz əməliyyatlar – Həkimlər niyə CƏZASIZ qalır?

Həkim məsuliyyətsizliyi, səhv və ya gecikmiş diaqnoz səbəbindən ciddi xəsarətlərə məruz qalanlar ölkəmizdə kifayət qədərdir. Tibbi səhvlər nəticəsində insan həyatına və sağlamlığına zərər yetirilməsi, son illərdə artan bir problem olaraq diqqət çəkir. Bu cür səhvlərin təsiri ilə əmək qabiliyyətinin itirilməsi halları və hətta dünyasını dəyişən xəstələrin sayı günbəgün artır.

Ölkəmizdə, xüsusən, gənc yaşda insult keçirən xəstələrə yanlış diaqnoz qoyulması halları tez-tez baş verir. Məsələn, infarkt keçirən yaşlı bir xəstə təcili yardım otağından mədə pozğunluğu diaqnozu və sadəcə bir şüşə antasid ilə evə göndərilir. Bu cür səhvlər, xəstənin həyatını itirməsi və ya ciddi şəkildə zərər görməsi ilə nəticələnə bilər.

Belə tibbi səhvlər, yalnız xəstənin sağlamlığına deyil, həm də həkimlərin peşəkar məsuliyyətinə ciddi təsir edir. Həkimlərin düzgün diaqnoz qoyma və tibbi müdaxilə etmək vəzifələri qanunla tənzimlənir. Tibbi səhvlər nəticəsində xəstənin sağlamlığına zərər yetirildikdə, həkimlər yalnız peşəkar etika qaydalarına görə deyil, həm də hüquqi baxımdan məsuliyyətə cəlb edilə bilərlər.

Düzgün qoyulmayan diaqnoz və xəstəyə məsuliyyətsiz yanaşan həkimlərin hüquqi məsuliyyəti necə müəyyənləşdirilir və hansı cəzalarla üzləşə bilərlər?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Bizim.Media- ya danışıb.

“Vətəndaşlar həkim səhvi ilə qarşılaşdıqları zaman dərhal hüquqi addımlar atmalıdırlar. Əgər tibbi səhv nəticəsində xəstənin sağlamlığına zərər yetirilirsə, bu halda Azərbaycan Respublikasının Baş Prokurorluğuna və ya ərazi üzrə şəhər və rayon prokurorlarına şikayət verərək məsuliyyətin araşdırılmasını tələb etmək mümkündür.

Həkimlərin səhv diaqnoz qoyması, yanlış müalicə tətbiq etməsi və ya hər hansı bir şəkildə öz peşə vəzifələrini məsuliyyətsiz yerinə yetirmələri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsi əsasında cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu maddəyə əsasən, həkimlərin səhv müalicəsi və ya qeyri-peşəkar yanaşması, vəzifəli şəxsin öz işinə səhlənkarlıqla yanaşması nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərər kimi qiymətləndirilir”.

Cinayət varsa, cəzası da var..

“Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə uyğun olaraq, həkimlər bu cür səhvlərə görə 1500 manatdan 3000 manata qədər cərimə edilə bilər. Bundan əlavə, məsuliyyətsiz və qeyri-peşəkar yanaşmanın nəticəsi olaraq, həkimlər azadlığın məhdudlaşdırılması ilə 2 ilə qədər  azadlıqdan məhrum edilmə və ya 6 aya qədər həbs cəzası ola bilər.

Əgər həkimin vəzifəsinə laqeyd yanaşması nəticəsində zərərçəkmiş şəxsə ağır dərəcəli xəsarətlər yetirilərsə, cinayət məsuliyyəti daha da ağırlaşır. Belə hallarda həkimlər 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilərlər. Həkimlər üçün məsuliyyətli yanaşma təkcə etik deyil, həm də hüquqi bir tələbdir”,- deyə R.Süleymanov vurğulayıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Atletiko"ya keçməyə RAZIDIR

"Atletiko"ya keçməyə RAZIDIR

Sumqayıtda çoxmərtəbəli binada yanğın oldu - VİDEO

Sumqayıtda çoxmərtəbəli binada yanğın oldu - VİDEO

İşğaldan azad olunmuş ərazilərdəki işəgötürənlərlə görüş keçirildi - FOTO

İşğaldan azad olunmuş ərazilərdəki işəgötürənlərlə görüş keçirildi - FOTO

Rəşad Sadıqov: “İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq”

Rəşad Sadıqov: “İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq”

Səhər qəhvəsinin inanılmaz FAYDASI

Səhər qəhvəsinin inanılmaz FAYDASI

Elgizlə Röyanın səmimi ANLARI - VİDEO

Elgizlə Röyanın səmimi ANLARI - VİDEO

Durov vəsiyyətini AÇIQLADI: Övladları 30 il sərvətini ala bilməyəcək - FOTO

Durov vəsiyyətini AÇIQLADI: Övladları 30 il sərvətini ala bilməyəcək - FOTO

“Beşiktaş”ın üzvü digər İstanbul klubuna KEÇİR

“Beşiktaş”ın üzvü digər İstanbul klubuna KEÇİR

Bakının 2 rayonunda qaz olmayacaq

Bakının 2 rayonunda qaz olmayacaq

Əminədən ETİRAF: “Təkcə qızımın atasını sevmişəm” - VİDEO

Əminədən ETİRAF: “Təkcə qızımın atasını sevmişəm” - VİDEO

Dörd bürcə dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...

Dörd bürcə dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...

Bu legioner də “Fənərbağça”nı tərk edəcək

Bu legioner də “Fənərbağça”nı tərk edəcək

Bu gün 2019 müəllim İMTAHAN VERDİ

Bu gün 2019 müəllim İMTAHAN VERDİ

Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi

Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi

Azərbaycanlı aktyorun avtobusda pul qabısını OĞURLADILAR - VİDEO

Azərbaycanlı aktyorun avtobusda pul qabısını OĞURLADILAR - VİDEO

UFC döyüşçüləri Dənizkənarı Milli Parkda məşq etdilər - FOTO

UFC döyüşçüləri Dənizkənarı Milli Parkda məşq etdilər - FOTO

SON DƏQİQƏ: İsrail Tehranın Damavənd bölgəsini raketlə vurub

SON DƏQİQƏ: İsrail Tehranın Damavənd bölgəsini raketlə vurub

Gəncədə FACİƏ: Yeniyetmə qız yandı

Gəncədə FACİƏ: Yeniyetmə qız yandı

Britaniya İrana hücumlarda ABŞ-a KÖMƏK EDƏCƏK

Britaniya İrana hücumlarda ABŞ-a KÖMƏK EDƏCƏK

“Azərreyl” yeni transferini AÇIQLADI

“Azərreyl” yeni transferini AÇIQLADI

İranın televiziya kanallarında hökumət əleyhinə materiallar yayımlanır - ANBAAN VİDEO

İranın televiziya kanallarında hökumət əleyhinə materiallar yayımlanır - ANBAAN VİDEO

Hər gün bir fincan çay içməyin sağlamlığa 7 FAYDASI

Hər gün bir fincan çay içməyin sağlamlığa 7 FAYDASI

Qurban Qurbanov: “Hər iki komanda bizə uyğun olmayan rəqibdir”

Qurban Qurbanov: “Hər iki komanda bizə uyğun olmayan rəqibdir”

İran İsrailə “Seccil” uzaqmənzilli ballistik raketi atıb - VİDEO

İran İsrailə “Seccil” uzaqmənzilli ballistik raketi atıb - VİDEO

End of content

No more pages to load

RADİO