“BakuBus” nə qədər xanım sürücünü işə GÖTÜRÜB? – Rəsmi AÇIQLAMA

Xəbər verildiyi kimi "BakuBus" MMC  qadın sürücülər üçün vakansiya elan edib. Avtobus sürücüsü kimi işləmək istəyən 10 qadın qeyd edilən vakansiya üçün quruma müraciət etmişdi.

Maraqlıdır, hazırda avtobus sürücüsü kimi işləmək istəyən qadınların sayı artıb?

Məsələ ilə bağlı Bizim.Media -ya açıqlama verən "BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva bildirdi ki , BakuBus MMC fəaliyyətə başladığı gündən etibarən ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılması ilə yanaşı gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılmasını da daim diqqət mərkəzində saxlayıb.

Ə.Əliyeva qeyd edib ki, vakansiyaya  müraciət edənlərin sayında artım müşahidə olunur:

“Bildiyimiz kimi, Azərbaycanda ictimai nəqliyyatda qadınların sürücü kimi təmsil olunması çox nadir haldır. Lakin, biz BakuBus olaraq inanırıq ki, qadınların bu sahəyə cəlb edilməsi xidmət mədəniyyətinə, təhlükəsizlik səviyyəsinə və cəmiyyətin sosial inkişafına müsbət təsir göstərəcək. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 AZN məbləğində müəyyən olunub. 15-dən çox xanım namizəd vakansiyaya müraciət edib”.

Əsmər Əliyevanın sözlərinə görə işə qəbul prosesində qadın sürücülər üçün heç bir say məhdudiyyəti qoyulmayıb:

“Mövcud qanunvericiliyin tələblərinə əsasən, namizədlərin D kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Artıq bir neçə qadın namizədlə ilkin mərhələ üzrə görüşlər keçirilib. AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və BakuBus MMC-nin birgə təşəbbüsü ilə namizədlər “D” kateqoriyalı sürücülük vəsiqəsi əldə etmək məqsədilə müvafiq sürücülük kursuna yönləndiriləcək. Kursu müvəffəqiyyətlə başa vurmuş şəxslər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən keçirilən nəzəri və praktiki imtahanlarda iştirak edərək sürücülük vəsiqəsi əldə etdikdən sonra, “BakuBus” tərəfindən təşkil olunan praktik təlimlərə cəlb ediləcək və təlimləri uğurla tamamlayan namizədlər şirkətin marşrut xətlərində fəaliyyətə başlayacaqlar”- deyə  Ə.Əliyeva bildirib

Ə.Əliyeva vakansiyanın hələ də aktiv olduğunu vurğulayıb.

Gülər Həsənli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail İranın nüvə obyektini vurdu – VİDEO

İsrail İranın nüvə obyektini vurdu – VİDEO

“WhatsApp”ı silin!” – Əhaliyə xəbərdarlıq

“WhatsApp”ı silin!” – Əhaliyə xəbərdarlıq

Vurulan xəstəxananın altında hərbi baza olub? – Video

Vurulan xəstəxananın altında hərbi baza olub? – Video

“Varfarin” qıtlığı ÖLÜMƏ aparır – Səhiyyə Nazirliyi niyə minlərlə xəstəni RİSKƏ ATIR?

“Varfarin” qıtlığı ÖLÜMƏ aparır – Səhiyyə Nazirliyi niyə minlərlə xəstəni RİSKƏ ATIR?

Leyla və Arzu Əliyevalar London Dizayn Biennalesində - FOTO

Leyla və Arzu Əliyevalar London Dizayn Biennalesində - FOTO

Bugünkü imtahanda maksimal bal TOPLADI

Bugünkü imtahanda maksimal bal TOPLADI

TƏCİLİ! Macarıstan İrandakı səfirliyini Azərbaycana KÖÇÜRDÜ - VİDEO

TƏCİLİ! Macarıstan İrandakı səfirliyini Azərbaycana KÖÇÜRDÜ - VİDEO

Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən Kənana HÖKM OXUNDU

Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən Kənana HÖKM OXUNDU

"Oqtay, səni unuda bilmərəm" – FOTO

"Oqtay, səni unuda bilmərəm" – FOTO

Azərbaycanlı kişilər 4 arvad ala BİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanlı kişilər 4 arvad ala BİLƏCƏK – ŞƏRTLƏR

Qubadlı və Zəngilanda əkin sahələri bu yolla suvarılacaq – FOTO/VİDEO

Qubadlı və Zəngilanda əkin sahələri bu yolla suvarılacaq – FOTO/VİDEO

Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK

Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK

Laçında yeni su anbarı istifadəyə verildi – FOTO/VİDEO

Laçında yeni su anbarı istifadəyə verildi – FOTO/VİDEO

“Zirə”nin Avrokubok matçlarını bu kanal yayımlayacaq - ÖZƏL

“Zirə”nin Avrokubok matçlarını bu kanal yayımlayacaq - ÖZƏL

Çin alimləri ilk dəfə donuz embrionunda insan ürəyi yetişdirdilər

Çin alimləri ilk dəfə donuz embrionunda insan ürəyi yetişdirdilər

800 manat maaş alır, 944 manat aliment ödəyir - ŞİKAYƏT

800 manat maaş alır, 944 manat aliment ödəyir - ŞİKAYƏT

Putin ilk dəfə qız nəvəsindən DANIŞDI: "Çinli müəllimi var"

Putin ilk dəfə qız nəvəsindən DANIŞDI: "Çinli müəllimi var"

İranda ÜSYAN ÇAĞIRIŞLARI – Pəhləvilər yenidən hakimiyyətə QAYIDIR?

İranda ÜSYAN ÇAĞIRIŞLARI – Pəhləvilər yenidən hakimiyyətə QAYIDIR?

Yaşamaq üçün dünyanın ən rahat şəhəri açıqlanıb

Yaşamaq üçün dünyanın ən rahat şəhəri açıqlanıb

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Süni intellekt hansı peşələri sıradan çıxara bilməyəcək? - AÇIQLAMA

Süni intellekt hansı peşələri sıradan çıxara bilməyəcək? - AÇIQLAMA

Bu gün 4330 müəllim sertifikasiyadan KEÇƏCƏK

Bu gün 4330 müəllim sertifikasiyadan KEÇƏCƏK

18 nömrəli tam orta məktəbdə bullinqə qarşı maarifləndirmə sessiyaları keçirilib

18 nömrəli tam orta məktəbdə bullinqə qarşı maarifləndirmə sessiyaları keçirilib

“Mançester Siti” Mərakeş klubunu məğlub etdi - VİDEO

“Mançester Siti” Mərakeş klubunu məğlub etdi - VİDEO

End of content

No more pages to load

RADİO