Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qəza baş verib.
Bizim.Media DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, qəzaya səbəb sürücülərdən birinin düzgün ara məsafəsi saxlamaması və idarəetməni itirməsidir.
Qəza nəticəsində metronun “Koroğlu” və “20 Yanvar” stansiyaları istiqamətində sıxlıq yaranıb.
Hərəkət intensivliyini bərpa etmək üçün qısa müddət ərzində hadisə yerinə evakuator cəlb olunaraq, qəzada iştirak edən avtomobilin yoldan kənarlaşdırılması işləri görülüb.
Qəza anının görüntülərini təqdim edirik:
Bizim.Media