Masazır böyüyür, avtobuslar köhnəlir – Əhalisi artan qəsəbəyə əlavə marşrutlar VERİLƏCƏK?

Bakıətrafı qəsəbələrdə yeni yaşayış kompleksləri tikilir və əhali sayı durmadan artır, amma marşrutların sayı bu artımla ayaqlaşmır. Bu, həmin ərazilərdə yaşayanların qarşılaşdığı və illərlə həllini gözlədiyi bir problemdir. Avtobus çatışmazlığından sıxlıq yaranır, bunun nəticəsində nəinki səhər və axşam, artıq günün bütün saatlarında avtobuslar dolu olur, insanlar yollarda qalırlar.

Səbəb nədir?

Şirkətlər tikinti icazəsini alıb, inşa işlərini başa çatdırdıqdan sonra təhvil verib, amma  ictimai nəqliyyat məsələsi diqqətdən kənar qalıb. Nəzərə alsaq ki, bəzi qəsəbələr metro və yaxud sürət qatarına uzaq məsafədə yerləşir, belə olduqda sakinlər 2, bəzən 3 marşrut dəyişməli olurlar.  

Masazırın “yük”ünü bir avtobus çəkir

Yaraşıqlı binaların fonunda marşrut azlığı, onların da köhnə, antisanitar vəziyyətdə olması, standartlara cavab verməməsi ümimi inkişaf planına kölgə salır. Konkret Masazır qəsəbəsini götürək. Bu qəsəbə son illərdə Bakıətrafı ərazilər arasında ən sürətlə böyüyən yaşayış məntəqələrindən biridir. Burada çoxsaylı yeni yaşayış kompleksləri (Yeni Bakı, Qurtuluş 93, “Zəngilan”, “Məzunlar”, Yeni Masazır və s.) tikilir, əhali sürətlə artır, amma ictimai nəqliyyat bu artıma uyğunlaşdırılmır.

Hazırda paytaxtın “Memar Əcəmi” metrostansiyasına qədər işləyən iki marşrut var ki, bunlardan biri yeni komplekslərə tərəf heç getmir. Bütün yükü təkbaşına çəkən 525 nömrəli avtobusun  isə artıq “çiyinləri” batıb. Səhər və axşam saatlarında avtobusa yaxın durmaq mümkün olmadığı üçün insanlar “manatlıq” (artıq 2 manatlıq) taksilərə üz tutmalı olurlar.

Hər nə qədər də tikinti şirkətləri yaşayış komplekslərini tikərkən plansız iş qurmasından danışsaq da, onların satışa və gəlir götürməyə üstünlük vermələri anlaşılandır. Çünki onların işi tikintidir, nəqliyyat məsələsi dövlət və ya yerli icra orqanlarının məsuliyyətindədir. Yeni tikililər icazə ilə tikilsə də, onların nəqliyyat təminatı sonradan düşünülür. Amma “sonradan” da çox sonraya saxlanıldıqda narazılıqlar artır.

Bəs Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) nə deyir? Əhali sayı artan Masazıra əlavə marşrutlar veriləcəkmi?

AYNA-dan Bizim Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsi – “Memar Əcəmi” metro stansiyası istiqaməti üzrə hərəkət edən 525 nömrəli marşrut xəttində günün pik saatlarında küçə və prospektlərdə müşahidə edilən sıxlıq səbəbindən ləngimələr yaranır.

525 nömrəli marşrutun müvəqqəti istismarçısına avtobusların sayının artırılması və parkın yenilənməsi ilə bağlı tapşırıq verilib. Məsələ nəzarətə götürülüb. Yaxın zamanda avtobusların yenilənməsi nəzərdə tutulub.

Qurumdan həmçinin bildirilir ki, hazırda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ictimai nəqliyyatın tənzimlənməsi, marşrutların optimallaşdırılması üçün müvafiq işlər həyata keçirilir. Yeni marşrut xəttinin təşkili məsələsinə isə optimallaşdırma çərçivəsində baxıla bilər.

Şəfiqə Şəfa. Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtkin düşən Cəlilabad sakini TAPILDI

İtkin düşən Cəlilabad sakini TAPILDI

Mayda su ilə bağlı 4 766 nöqsan aşkar edildi - VİDEO

Mayda su ilə bağlı 4 766 nöqsan aşkar edildi - VİDEO

Məşhur basketbolçu PSJ-dən PAY ALDI

Məşhur basketbolçu PSJ-dən PAY ALDI

Yastığınız tualetdən daha çirklidir

Yastığınız tualetdən daha çirklidir

Şəbnəmlə Nəfəs bahalı maşınlarında GÖRÜNTÜLƏNDİ - VİDEO

Şəbnəmlə Nəfəs bahalı maşınlarında GÖRÜNTÜLƏNDİ - VİDEO

“Beşiktaş” “Spartak”ın üzvü ilə danışıq aparır

“Beşiktaş” “Spartak”ın üzvü ilə danışıq aparır

Tramp İrana 2 həftə vaxt verdi - VİDEO

Tramp İrana 2 həftə vaxt verdi - VİDEO

Avtomobil təmiri qiymətində BAHALAŞMA - VİDEO

Avtomobil təmiri qiymətində BAHALAŞMA - VİDEO

Rusiya-Ukrayna münaqişəsi ilə bağlı qərarları yalnız Tramp verəcək - Dövlət Departamenti

Rusiya-Ukrayna münaqişəsi ilə bağlı qərarları yalnız Tramp verəcək - Dövlət Departamenti

Florian Vitrs rəsmən “Liverpul”da

Florian Vitrs rəsmən “Liverpul”da

Qarpız toxumlarını zibilə ATMAYIB - Şəfa mənbəyi imiş

Qarpız toxumlarını zibilə ATMAYIB - Şəfa mənbəyi imiş

Cenevrə danışıqlarında İran və Aİ ölkələri arasında razılıq ƏLDƏ OLUNMADI

Cenevrə danışıqlarında İran və Aİ ölkələri arasında razılıq ƏLDƏ OLUNMADI

“Sabah”ın hazırlıq planı müəyyənləşdi

“Sabah”ın hazırlıq planı müəyyənləşdi

Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı paylaşım etdi - VİDEO

Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı paylaşım etdi - VİDEO

Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı QAÇIRDI

Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı QAÇIRDI

“Qarabağ”dan növbəti transfer - FOTO

“Qarabağ”dan növbəti transfer - FOTO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Əraqçi: “İran heç bir üçüncü tərəflə danışıq aparmayacaq”

Əraqçi: “İran heç bir üçüncü tərəflə danışıq aparmayacaq”

Bakıda sərnişin avtobusunun iştirakı ilə AĞIR QƏZA - VİDEO

Bakıda sərnişin avtobusunun iştirakı ilə AĞIR QƏZA - VİDEO

Vaxtilə işğalda olan ərazilərimizin “Ermənistana birləşdirilməsi” niyyəti İFŞA OLUNDU - FOTO

Vaxtilə işğalda olan ərazilərimizin “Ermənistana birləşdirilməsi” niyyəti İFŞA OLUNDU - FOTO

Musleranın yeni klubu müəyyənləşdi

Musleranın yeni klubu müəyyənləşdi

İranda güclü ZƏLZƏLƏ OLDU - FOTO

İranda güclü ZƏLZƏLƏ OLDU - FOTO

Uşaq vedrənin içində qaldı, köməyə FHN gəldi - VİDEO

Uşaq vedrənin içində qaldı, köməyə FHN gəldi - VİDEO

Putin: "Rus əsgərinin ayaq basdığı yer artıq bizimdir"

Putin: "Rus əsgərinin ayaq basdığı yer artıq bizimdir"

End of content

No more pages to load

RADİO