Kondisionerin düzgün istifadəsi bu xəstəlikləri MÜALİCƏ EDİR

Ağciyər xəstəlikləri üzrə mütəxəssis həkim Huri Özkan Yılmaz vurğulayır ki, kondisionerin əsas faydası havanı sərinlətdiyi kimi rütubəti azaltmaqdır.

Bizim.Media xəbər verir ki, bu, xroniki tənəffüs xəstəlikləri olan insanların nəfəs almasını yüngülləşdirir. Belə optimal temperatur və rütubət balansı rahatlıq yaradır.

Yüksək temperatur və rütubət, KOAH, astma və bronx xəstəliklərin simptomlarını ağırlaşdırır. Düzgün tənzimlənmiş kondisioner bu simptomların yüngülləşməsində rol oynayır.

Əsas risk qulluq edilməyən filtr və birbaşa hava axınıdır. Həkim xəbərdarlıq edir:

“Təmizlənməyən filtr zamanla bakteriya, göbələk və allergik mikroblar toplayır. Kondisioner işlədikdə bunlar havaya yayılır və infeksiya riskini artırır”.

Sağlamlıq naminə kondisioner istifadəsi üçün tövsiyələr:

Otaq temperaturu: 23–26u202f°C arasında saxlanılmalıdır.

Rütubət səviyyəsi: 40–60u202f% arası ideal səviyyədir.

Hava axını: Birbaşa bədənə yönəlməməlidir.

Baxım və təmizlik: Filtrlər mütəmadi təmizlənməli, ildə ən azı bir dəfə mütəxəssisə nəzərdən keçirilməlidir.

Havalandırma: Müntəzəm olaraq təbii hava ilə əvəz edilməlidir.

Ani temperatur dəyişiklikləri: Otaq və çöl arasında böyük fərqlərdən qaçmaq vacibdir .

“Əgər kondisioner düzgün və gigiyenik istifadə olunarsa, həm gün vurmasını əngəlləyir, həm də ciyərlərin rahatlığı üçün faydalıdır,” - deyə həkim əlavə edir. O bildirib ki, digər elektrik cihazlar kimi, bu da nizamlı qulluq tələb edir .

Kondisionerin sağlam və effektiv işləməsi üçün atılmalı addımlar:

1.
Filtrlərin təmizliyi və dəyişdirilməsi: Filtri çıxarın, tozunu götürün və ya ilıq sabunlu su ilə yuyun. Tam quruyandan sonra geri yerləşdirin. Çox kirlənibsə, yeni filtr alınmalıdır.

2. Pərlərə qulluq: Xarici və daxili pərləri yumşaq fırça ilə yuyun. Bəzi hallarda professional xidmət tələb olunur.

3. Suburaxan boruların yoxlanması: Boruları təmiz su və ya incə çubuqla yoxlayın. Su axını normallaşdırılmalı, pis qoxunun qarşısı alınmalıdır.

4. Cihazın maye qazının səviyyəsinin yoxlanılması: Texnik maye səviyyəsini yoxlayıb, azdırsa əlavə edilməlidir. Bu, enerji səmərəliliyini artırır və cihazın ömrünü uzadır. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi - FOTO

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi - FOTO

Qusarda ağır qəza: 2 ölü, 4 yaralı var

Qusarda ağır qəza: 2 ölü, 4 yaralı var

"Kəpəz" "Qəbələ"ni məğlub etdi - VİDEO

"Kəpəz" "Qəbələ"ni məğlub etdi - VİDEO

DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

Kiyevdə müharibənin acısını unutduran ilk qar – FOTO

Kiyevdə müharibənin acısını unutduran ilk qar – FOTO

“United Airlines” təyyarəsinin mühərriki Yaponiyaya uçuş zamanı İŞLƏMƏYİB

“United Airlines” təyyarəsinin mühərriki Yaponiyaya uçuş zamanı İŞLƏMƏYİB

Sidneydə çimərlikdəki atışma ilə bağlı 3-cü şübhəli də SAXLANILDI

Sidneydə çimərlikdəki atışma ilə bağlı 3-cü şübhəli də SAXLANILDI

Zelenski: “Mən prezident kreslosundan yapışmamışam”

Zelenski: “Mən prezident kreslosundan yapışmamışam”

Sidneydə atəş açanlardan birinin şəxsiyyəti bəlli oldu — FOTO

Sidneydə atəş açanlardan birinin şəxsiyyəti bəlli oldu — FOTO

Müştərilər ən çox hansı banklardan şikayət edirlər? – AMB-nin SİYAHISI

Müştərilər ən çox hansı banklardan şikayət edirlər? – AMB-nin SİYAHISI

Rusiyalı idmançıların neytral bayraqları da əllərindən ALINDI

Rusiyalı idmançıların neytral bayraqları da əllərindən ALINDI

Qusar rayonu ərazisində yollarda vəziyyət necədir? - VİDEO

Qusar rayonu ərazisində yollarda vəziyyət necədir? - VİDEO

Lukaşenkodan ABŞ-a XƏBƏRDARLIQ: “Bu ölkə sizin üçün 2-ci Vyetnam olacaq”

Lukaşenkodan ABŞ-a XƏBƏRDARLIQ: “Bu ölkə sizin üçün 2-ci Vyetnam olacaq”

Hazırda Bakı-Şamaxı yolu avtomobillərin hərəkəti üçün tam açıqdır - FOTO

Hazırda Bakı-Şamaxı yolu avtomobillərin hərəkəti üçün tam açıqdır - FOTO

Ermənistanın bir sıra bölgələri qaranlığa qərq oldu

Ermənistanın bir sıra bölgələri qaranlığa qərq oldu

Moskvanın bu hava limanları BAĞLANDI

Moskvanın bu hava limanları BAĞLANDI

Sidney çimərliyindəki atışma ilə bağlı iki nəfər TUTULDU - VİDEO

Sidney çimərliyindəki atışma ilə bağlı iki nəfər TUTULDU - VİDEO

HƏMAS yüksək rütbəli komandirin öldüyünü TƏSDİQLƏDİ

HƏMAS yüksək rütbəli komandirin öldüyünü TƏSDİQLƏDİ

ABŞ nümayəndə heyəti Berlinə gəldi - Gündəm Ukrayna üzrə danışıqlardır

ABŞ nümayəndə heyəti Berlinə gəldi - Gündəm Ukrayna üzrə danışıqlardır

Binə ticarət mərkəzi işıqsız QALDI

Binə ticarət mərkəzi işıqsız QALDI

Karateçilərimiz dünya çempionatında 5 MEDAL QAZANDI

Karateçilərimiz dünya çempionatında 5 MEDAL QAZANDI

“Mixaylo”nun atası vəfat etdi - FOTO

“Mixaylo”nun atası vəfat etdi - FOTO

Bakının mərkəzində TƏHLÜKƏ: Yağışın fəsadları... - VİDEO

Bakının mərkəzində TƏHLÜKƏ: Yağışın fəsadları... - VİDEO

"Qalatasaray"ın keçmiş qapıçısı komandasını çempion etdi - VİDEO

"Qalatasaray"ın keçmiş qapıçısı komandasını çempion etdi - VİDEO

End of content

No more pages to load

RADİO