Vardanyan HAKİM QARŞISINDA: Zərərçəkmişlərin ifadələri dinlənildi - FOTO

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 17-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
 

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.


Zərərçəkmiş şəxsin hüquqi varisi Əlizamin Qənbərov ifadəsində övladı Rəşad Qənbərlinin Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində Laçın rayonunda həlak olduğunu deyib. Ə.Qənbərov ona dəyən zərərin ödənilməsinin qeyri-mümkün olduğunu vurğulayıb.

İfadə verən Sarıbala Həsənov övladı Səid Həsənovun Kəlbəcər rayonunda düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Füzuli Qasımov Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında oğlu İnqilab Qasımzadənin Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində Xankəndi şəhərində həyatını itirdiyini söyləyib.

İlahə Eyvazova ifadəsində həyat yoldaşı Tural Cahangirovun Kəlbəcərdə düşmən tərəfindən odlu silahdan açılmış atəş nəticəsində həlak olduğunu deyib. “Həmin gün qızımın ad günü idi”, - deyə o əlavə edib.

Aynur Mürsəlova ifadəsində həyat yoldaşı Zahir Əliyevin Kəlbəcərdə düşmən tərəfindən açılan atəş nəticəsində həyatını itirdiyini bildirib.

Zərərçəkmiş Hüseyn Babayev ifadəsində Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələr tərəfindən atılmış mərminin partlaması nəticəsində sol qulaq və boyun nahiyəsindən xəsarətlər aldığını söyləyib.
 

Məhkəmədə ifadə verən Əsgər Dövlətov düşmənin törətdiyi genişmiqyaslı təxribat nəticəsində yaralanıb. Zərərçəkmiş bildirib ki, həmin gün Şuşa rayonunun Xəlfəli kəndində düşmənin açdığı atəşlər nəticəsində onunla birlikdə Ayxan Kərimli, Musa Orucov və Yusif Məcidli də müxtəlif növ bədən xəsarətləri alıb, bir neçə nəfər isə həlak olub.


O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında deyib ki, həmin vaxt düşmən mütəmadi olaraq təxribatlar törədərək ərazilərimizə müxtəlif silahlardan atəş açıb.

Zərərçəkmiş şəxs Sübhan Qardaşxanov Ağdam rayonu istiqamətində atılmış mərminin yaxınlığa düşüb partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alıb. Hadisə zamanı Mehdi Abbasov, Devid Cəlilov, Rəsul Teymurov, Əli Tağıyev və Cavad Məhərrəmov həlak olub, daha bir neçə nəfər isə yaralanıb. O, hadisədən əvvəl də düşmən tərəfin mütəmadi olaraq təxribat törətdiyini, atəş açdığını bildirib.

Zərərçəkmiş Rövşən Xəlilov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında qeyd edib ki, Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin snayper atəşi və atdıqları artilleriya mərmisinin partlaması nəticəsində xəsarətlər alıb. Həmin vaxt yanında olan İsmayıl Həşimov da yaralanıb.

Zərərçəkmiş Nicat Qasımov düşmənin açdığı artilleriya atəşi nəticəsində Füzulidə yaralandığını deyib.

Ayaz Həsənli ifadəsində Ağdam istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində xəsarətlər aldığını söyləyib.

Dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayevin suallarına cavablarında zərərçəkmiş şəxslər bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri ərazilərimizdə intensiv şəkildə genişmiqyaslı təxribatlar törədiblər.
 

Ceyhun Hüseynov Zəngilan rayonunda düşmən tərəfindən atılmış qumbaraatan mərmisinin partlaması nəticəsində xəsarət alıb. “Düşmən əvvəlcə artilleriya atəşi açdı, sonra isə canlı qüvvə ilə hücuma keçməyə cəhd etdi”, - deyə o bildirib.


Zərərçəkmiş şəxslər Tural Zeynalov, Şahin Əhmədov, Zeynal Cəbrayılov, Mehdi Yusifov, Rəsul Feyzullayev ifadələrində Zəngilan rayonunda düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını diqqətə çatdırıblar.

Təbriz Abuşov ifadəsində Xocalı rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını söyləyib.

Zərərçəkənlər İlham İsrayılov və Namiq Əliyev Ağdamda artilleriya mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib.

Zərərçəkən Atalı Soltanəli də düşmənin genişmiqyaslı təxribatı nəticəsində Ağdərə istiqamətində yaralanıb. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında o deyib ki, hadisə zamanı yanındakı şəxslər həlak olublar. Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası iyunun 24-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.












































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran bu halda Amerika bazalarına hücum PLANLAŞDIRIR

İran bu halda Amerika bazalarına hücum PLANLAŞDIRIR

"Survivor"dan qazandığı məbləğ BƏLLİ OLDU

"Survivor"dan qazandığı məbləğ BƏLLİ OLDU

Ronaldo Trampa imzalı formasını GÖNDƏRDİ

Ronaldo Trampa imzalı formasını GÖNDƏRDİ

Yaşar Gülər rusiyalı həmkarı ilə İsrail-İran münaqişəsini MÜZAKİRƏ ETDİ

Yaşar Gülər rusiyalı həmkarı ilə İsrail-İran münaqişəsini MÜZAKİRƏ ETDİ

Azyaşlı qız qətlə yetirilibmiş - Ana 23 il sonra tutulub

Azyaşlı qız qətlə yetirilibmiş - Ana 23 il sonra tutulub

AzTV tamaşaçılardan ÜZR İSTƏDİ - VİDEO

AzTV tamaşaçılardan ÜZR İSTƏDİ - VİDEO

RƏSMİ: “Qarabağ” braziliyalı müdafiəçi aldı

RƏSMİ: “Qarabağ” braziliyalı müdafiəçi aldı

Heydər Əliyev Sarayında VII Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

Heydər Əliyev Sarayında VII Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

Tramp İranla danışıqlardan İMTİNA ETDİ

Tramp İranla danışıqlardan İMTİNA ETDİ

Ağcabədi sakini Hacıqabulda BIÇAQLANDI

Ağcabədi sakini Hacıqabulda BIÇAQLANDI

“Barselona”nın futbolçusu əməliyyat olundu

“Barselona”nın futbolçusu əməliyyat olundu

Müavinət və təqaüdlər BU TARİXDƏ artımla ödəniləcək

Müavinət və təqaüdlər BU TARİXDƏ artımla ödəniləcək

Ozan Akbaba Bakıda toyda GÖRÜNTÜLƏNDİ - VİDEO

Ozan Akbaba Bakıda toyda GÖRÜNTÜLƏNDİ - VİDEO

Tramp İrana SƏSLƏNDİ: “Xameneinin yerini bilirik, qeyd-şərtsiz təslim olun”

Tramp İrana SƏSLƏNDİ: “Xameneinin yerini bilirik, qeyd-şərtsiz təslim olun”

Qaraciyəri məhv edən 3 QİDA: Sağlam hesab edilirdi, amma risk daşıyır

Qaraciyəri məhv edən 3 QİDA: Sağlam hesab edilirdi, amma risk daşıyır

ABŞ və Müttəfiq Hərbi Dəniz Qüvvələrinin bütün gəmiləri Bəhreyn bazasını TƏRK ETDİ

ABŞ və Müttəfiq Hərbi Dəniz Qüvvələrinin bütün gəmiləri Bəhreyn bazasını TƏRK ETDİ

RƏSMİ: “Sabah” bu legionerlə YOLLARINI AYIRDI

RƏSMİ: “Sabah” bu legionerlə YOLLARINI AYIRDI

Əhmədinejatın öldürülməsi ilə bağlı xəbərlər YALANDIR - YENİLƏNİB

Əhmədinejatın öldürülməsi ilə bağlı xəbərlər YALANDIR - YENİLƏNİB

Tanınmış jurnalistə yüksək vəzifə VERİLDİ

Tanınmış jurnalistə yüksək vəzifə VERİLDİ

ABŞ vətəndaşlarına İrəvandakı Göy Məsciddən uzaq durmağı TÖVSİYƏ ETDİ

ABŞ vətəndaşlarına İrəvandakı Göy Məsciddən uzaq durmağı TÖVSİYƏ ETDİ

Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ - FOTO

Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ - FOTO

İnzagi bu klubun baş məşqçisi OLDU

İnzagi bu klubun baş məşqçisi OLDU

İran İsrailin hərbi hava bazalarını VURDU - VİDEO

İran İsrailin hərbi hava bazalarını VURDU - VİDEO

Naxçıvanda bəzi kafe və restoranlarda nöqsanlar AŞKARLANDI - FOTO

Naxçıvanda bəzi kafe və restoranlarda nöqsanlar AŞKARLANDI - FOTO

End of content

No more pages to load

RADİO