Azərbaycanda hamilə qadınlara hansı GÜZƏŞTLƏR EDİLİR? – ARAŞDIRMA

Dünyada hamilə qadınlar üçün doğuma qədər və yaxud doğumdan sonra bir sıra sosial güzəştlər tətbiq olunur. Məsələn, İsveçdə doğumdan əvvəl 60 gün məzuniyyət götürmək olar.

Türkiyədə doğumdan  8 həftə öncə məzuniyyət verilir və qadın maaşın 66.7%-ini alır.

Ümumiyyətlə,  inkişaf etmiş ölkələrdə hamilə qadınlar üçün gündüz növbəsi, iş saatının azaldılması, işdən çıxarılma qadağası, uşaq əmizdirmə fasilələri qanunla qorunur.

Bəs bizim ölkəmizdə necədir? Hamilə qadınlar hansı güzəştlərdən yararlana bilir?

Azərbaycanda hamilə qadınlara verilən güzəştlərin böyük əksəriyyəti yalnız iş və sosial sığorta sahəsini əhatə edir. Bu güzəştlər Azərbaycan  Respublikasının Əmək Məcəlləsi, "Sosial Sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu və "Əhalinin sağlamlığının Qorunması haqqında" qanunda qeyd olunub.

Əmək Məcəlləsinə əsasən Azərbaycanda hamilə qadına doğuşdan əvvəl 70 gün məzuniyyət verilir.

"Əhalinin Sağlamlığının Qorunması haqqında" qanunda isə bildirilir ki, işçi hamilədirsə, tibbi müayinələrə getmək üçün iş vaxtından azad olunma hüququna malikdir.

Qeyd edək ki, hamilə və 3 yaşadək uşağı olan qadınlar gecə növbəsinə, ezamiyyətə və bayram günlərində işə yalnız yazılı razılıqla və həkim rəyi ilə cəlb edilə bilər. Hamilə qadınlar üçün iş şəraiti yüngülləşdirilməlidir. Ancaq bu yüngülləşdirmə qarşılığında maaş azaldıla bilməz.

Həmçinin, gündəlik və həftəlik iş saatı azaldılır. Hamilələr və 1.5 yaşa qədər uşağı olan qadınlar üçün həftəlik maksimum 36 saatdır.

Hamilə qadınlara  işə qəbul zamanı sınaq müddəti tətbiq edilmir. Onların və ya 3 yaşadək uşağı olan qadınların işdən çıxarılması qadağandır.

Azərbaycanda hamilə və ya 3 yaşadək uşağı olan qadınlarla əmək müqaviləsi bağlamaqdan imtina etmək olmaz. Əgər imtina edilirsə, qadın yazılı əsas tələb edə və hüququnu məhkəmədə müdafiə edə bilər.

Əməkhaqqı məsələsinə gəldikdə isə, Azərbaycanda qadın analıq məzuniyyəti dövründə maaşının 100%-ni alır, amma bu ödəniş birbaşa işəgötürən tərəfindən deyil, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilir.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Klublarımızın Konfrans Liqasındakı rəqibləri BƏLLİ OLUR

Klublarımızın Konfrans Liqasındakı rəqibləri BƏLLİ OLUR

Blok imtahanında 100 baldan aşağı nəticə əldə edən abituriyentləri nə gözləyir? - AÇIQLAMA

Blok imtahanında 100 baldan aşağı nəticə əldə edən abituriyentləri nə gözləyir? - AÇIQLAMA

Bərdə və Ağcabədidə 1894 müəllim İMTAHAN verib - FOTO

Bərdə və Ağcabədidə 1894 müəllim İMTAHAN verib - FOTO

Dərin şəkildə bədbəxt olan insanların tez-tez işlətdiyi 11 ifadə

Dərin şəkildə bədbəxt olan insanların tez-tez işlətdiyi 11 ifadə

Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR – 35 nəfər niyə işdən ÇIXARILIR? – ŞİKAYƏT

Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR – 35 nəfər niyə işdən ÇIXARILIR? – ŞİKAYƏT

"Bazarstore" CƏRİMƏLƏNDİ – SƏBƏB

"Bazarstore" CƏRİMƏLƏNDİ – SƏBƏB

Kredit borcu olanların nəzərinə – Bunu mütləq bilməlisiniz

Kredit borcu olanların nəzərinə – Bunu mütləq bilməlisiniz

İsrail İranın helikopterlərini belə MƏHV ETDİ - ANBAAN VİDEO

İsrail İranın helikopterlərini belə MƏHV ETDİ - ANBAAN VİDEO

Ayətullah Xamenei: İran xalqı heç bir diktəyə boyun əymir

Ayətullah Xamenei: İran xalqı heç bir diktəyə boyun əymir

İrana açıq dəstək verən bir ölkə var: ancaq arxasında duran...

İrana açıq dəstək verən bir ölkə var: ancaq arxasında duran...

"Qarabağ"ın UEFA Çempionlar Liqasında potensial rəqibi BƏLLİ OLDU

"Qarabağ"ın UEFA Çempionlar Liqasında potensial rəqibi BƏLLİ OLDU

Avtomobiliniz çox yanacaq sərf edirsə, səbəb xırda detallar ola bilər - Mütəxəssislərdən izah

Avtomobiliniz çox yanacaq sərf edirsə, səbəb xırda detallar ola bilər - Mütəxəssislərdən izah

Pakistan Prezidentindən İlham Əliyevə MƏKTUB

Pakistan Prezidentindən İlham Əliyevə MƏKTUB

İrəvanda saxlanılan rusiyalı iş adamını Azərbaycan 2021-ci ildə axtarışa vermişdi

İrəvanda saxlanılan rusiyalı iş adamını Azərbaycan 2021-ci ildə axtarışa vermişdi

Kazino oyunları ilə bağlı rüsum ÖDƏNİLƏCƏK: 340 min manat...

Kazino oyunları ilə bağlı rüsum ÖDƏNİLƏCƏK: 340 min manat...

İran Ağ Evin “qırmızı xətləri”ni KEÇDİ – “ABŞ-ın müdaxiləsi qaçılmaz olacaq...” – EKSKLÜZİV

İran Ağ Evin “qırmızı xətləri”ni KEÇDİ – “ABŞ-ın müdaxiləsi qaçılmaz olacaq...” – EKSKLÜZİV

Kəngərli sakinlərinə evlərinin açarları təqdim edildi - FOTO

Kəngərli sakinlərinə evlərinin açarları təqdim edildi - FOTO

Tehran Trampın təslim şərtlərini qəbul etməyəcək - İranın Fransadakı səfiri

Tehran Trampın təslim şərtlərini qəbul etməyəcək - İranın Fransadakı səfiri

Rusiya Ukraynanın daha iki kəndini ƏLƏ KEÇİRDİ

Rusiya Ukraynanın daha iki kəndini ƏLƏ KEÇİRDİ

Meksikada son iki gün ərzində ikinci şəhər meri qətlə yetirildi

Meksikada son iki gün ərzində ikinci şəhər meri qətlə yetirildi

Bolqarıstan Milli Assambleyasının sədri İlham Əliyevin QƏBULUNDA - FOTO

Bolqarıstan Milli Assambleyasının sədri İlham Əliyevin QƏBULUNDA - FOTO

SENSASİYA: Rusiyalı milyarder Paşinyanı devirmək istəyib? – İTTİHAM İRƏLİ SÜRÜLDÜ

SENSASİYA: Rusiyalı milyarder Paşinyanı devirmək istəyib? – İTTİHAM İRƏLİ SÜRÜLDÜ

Məşhurların “ölüm”ündən reytinq QAZANANLAR - Yalan xəbər yayanları bu cəzalar GÖZLƏYİR

Məşhurların “ölüm”ündən reytinq QAZANANLAR - Yalan xəbər yayanları bu cəzalar GÖZLƏYİR

Sərxoş halda qardaşı arvadına qarşı əxlaqsızlıq etdi - Həbs olundu

Sərxoş halda qardaşı arvadına qarşı əxlaqsızlıq etdi - Həbs olundu

End of content

No more pages to load

RADİO