Məleykə Abbaszadə “bilikli müəllim yoxdur” DEDİ - Kadr hazırlığında nə ÇATIŞMIR?

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bilikli müəllimlərin olmamasından gileylənib. Belə ki, o, mətbuata açıqlamasında bildirib ki, deyə bilmərik ki, məktəblərdə tam şəkildə individual yanaşma var:

“Yoxdur. Bir sinifdə 35 bəzən isə daha artıq şagird olur. Mümkündür ki, bunu tədris zamanı müəllim təmin etsin? Biz müəllimlərin imtahan nəticələrini də görürük və elə bilikli müəllimlər çatışmır”.

Ümumiyyətlə, artıq illərdi müəllimlər həm imtahan vasitəsilə işə qəbul olunurlar, həm də əlavə olaraq sertifikasiya imtahanına cəlb olunurlar.

Bəs müəllim hazırlığında çatışmayan nədir? Ümumiyyətlə, pedaqoji kadrlar hazırlayanda hansı amillər əsas götürülür, illər əvvəllə indiki kadr hazırlığında hansı dəyişikliklər var və ya olmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, kadr hazırlanarkən qəbul olunan yenu tədris proqramına əsaslanmalıyıq:

“25-30 il əvvəlki dövrlə müqayisələndirsək həmin dövrün tədris proqramı ilə indiki dövrün tədris proqramı arasında kifayət qədər fərq var. İlk növbədə biz kadrları hazırlayarkən yeni qəbul olunmuş tədris proqramına əsaslanmalıyıq. 2008-2009-cu ildən etibarən kurikulum təhsil proqramı əsasında dərslər tədris olunmağa başlayıb və 2006-2007-ci ildən etibarən isə bütün ali təhsil müəssisələrində boloniya sistemi üzərində dərslər keçirilməyə başlanıldı. Nəticədə həm kurikulum, həm də boloniya sistemi yeni pedaqoji kadrların hazırlanması üçün orta məktəb, eyni zamanda, ali məktəb istiqamətində müəyyən çətinliklərlə müşahidə olunur.

Çünki biz ilk növbədə həmin proqramlara uyğun mütəxəssisləri hazırlamalı idik, ondan sonra tədris proqramlarını tətbiq etməli idik. Amma bizdə birbaşa tətbiq həyata keçirilir.

2008-2009-cu dövrdə kurikulum əsasında təhsil almağa başlayan birinci sinif şagirdləri 2019-cu ildə ilk dəfə qəbul imtahanında iştirak ediblər. Həmin şagirdlər 2023-cü ildə təhsil aldıqları müvafiq pedaqoji ixtisasları bitiriblər.

Əlbəttə, onların ümumi nəticəsini biz hardasa 2007-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən monitorinq imtahanınn nəticələrinə əsasən biləcəyik ki, məsələn, kurikulum proqramı əsasında təhsil alan şagirdlər, hansı ki pedaqoji yönümlü təhsil alanlar və hazırda faktiki təhsilverən şəxslər hansı nəticələri əldə ediblər və onların əldə etdiyi nəticələr şagirdlərə necə təsir göstərib”.

Onun sözlərinə görə, müəllimlər haqqında bu cür fikirlər həm də onların imtahan nəticələrindən qaynaqlanır:

“Məleykə Abbaszadənin açıqlamasında müəyyən çatışmayan tərəflər və yaxud da müəllimlərin təhsil göstəricilərindən narazılığı ona əsaslanır ki, hazırda kurikuluma əsasən müvafiq imtahanlar götürülür, o imtahan suallarının yoxlanılması ilə bağlı müəllimlər prosesə cəlb olunurlar.
 

Təəssüflər olsun ki, proqrama yad müəllimlər olduğu üçün əməkdaşlığa çox davam edə bilmirlər, məcbur olub yarımçıq saxlayırlar və yaxud ümumiyyətlə, əməkdaşlığa başlaya bilmirlər. Sertifikasiya imtahanları keçiriliir və nəticədə məlum olur ki, bəzi müəllimlərin bilik və bacarıqları o qədər də yüksək deyil, kifayət qədər müsabiqədən keçməyən şəxslər olur, bu da əlbəttə onların metodiki, həm də fənn kurikulumu ilə bağlı müəyyən bilik və bacarıqlarının aşağı olması əsas götürülərək bildirilir.


Bunların inkişaf etdirilməsi ilə həm Elm və Təhsil Nazirliyi, həm də Dövlət İmtahan Mərkəzi çalışmalıyıq ki, faktiki ölkəmizdə istər ümumi təhsil müəssisələrində, istər orta ixtisas, istərsə də ali təhsil müəssisələrində çalışan pedaqoji heyəti müasir çağırışlara uyğun hazırlayaq. Bunun üçün də müştərək formada müəyyən təlimlər, treyninqlər keçirilməlidir. Beləcə tədricən biz istedadlı müəllimlərin sayını daha da genişləndirə bilərik”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Survivor"dan qazandığı məbləğ BƏLLİ OLDU

"Survivor"dan qazandığı məbləğ BƏLLİ OLDU

Ronaldo Trampa imzalı formasını GÖNDƏRDİ

Ronaldo Trampa imzalı formasını GÖNDƏRDİ

Yaşar Gülər rusiyalı həmkarı ilə İsrail-İran münaqişəsini MÜZAKİRƏ ETDİ

Yaşar Gülər rusiyalı həmkarı ilə İsrail-İran münaqişəsini MÜZAKİRƏ ETDİ

Azyaşlı qız qətlə yetirilibmiş - Ana 23 il sonra tutulub

Azyaşlı qız qətlə yetirilibmiş - Ana 23 il sonra tutulub

AzTV tamaşaçılardan ÜZR İSTƏDİ - VİDEO

AzTV tamaşaçılardan ÜZR İSTƏDİ - VİDEO

RƏSMİ: “Qarabağ” braziliyalı müdafiəçi aldı

RƏSMİ: “Qarabağ” braziliyalı müdafiəçi aldı

Heydər Əliyev Sarayında VII Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

Heydər Əliyev Sarayında VII Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

Tramp İranla danışıqlardan İMTİNA ETDİ

Tramp İranla danışıqlardan İMTİNA ETDİ

Ağcabədi sakini Hacıqabulda BIÇAQLANDI

Ağcabədi sakini Hacıqabulda BIÇAQLANDI

“Barselona”nın futbolçusu əməliyyat olundu

“Barselona”nın futbolçusu əməliyyat olundu

Müavinət və təqaüdlər BU TARİXDƏ artımla ödəniləcək

Müavinət və təqaüdlər BU TARİXDƏ artımla ödəniləcək

Ozan Akbaba Bakıda toyda GÖRÜNTÜLƏNDİ - VİDEO

Ozan Akbaba Bakıda toyda GÖRÜNTÜLƏNDİ - VİDEO

Tramp İrana SƏSLƏNDİ: “Xameneinin yerini bilirik, qeyd-şərtsiz təslim olun”

Tramp İrana SƏSLƏNDİ: “Xameneinin yerini bilirik, qeyd-şərtsiz təslim olun”

Qaraciyəri məhv edən 3 QİDA: Sağlam hesab edilirdi, amma risk daşıyır

Qaraciyəri məhv edən 3 QİDA: Sağlam hesab edilirdi, amma risk daşıyır

ABŞ və Müttəfiq Hərbi Dəniz Qüvvələrinin bütün gəmiləri Bəhreyn bazasını TƏRK ETDİ

ABŞ və Müttəfiq Hərbi Dəniz Qüvvələrinin bütün gəmiləri Bəhreyn bazasını TƏRK ETDİ

RƏSMİ: “Sabah” bu legionerlə YOLLARINI AYIRDI

RƏSMİ: “Sabah” bu legionerlə YOLLARINI AYIRDI

Əhmədinejatın öldürülməsi ilə bağlı xəbərlər YALANDIR - YENİLƏNİB

Əhmədinejatın öldürülməsi ilə bağlı xəbərlər YALANDIR - YENİLƏNİB

Tanınmış jurnalistə yüksək vəzifə VERİLDİ

Tanınmış jurnalistə yüksək vəzifə VERİLDİ

ABŞ vətəndaşlarına İrəvandakı Göy Məsciddən uzaq durmağı TÖVSİYƏ ETDİ

ABŞ vətəndaşlarına İrəvandakı Göy Məsciddən uzaq durmağı TÖVSİYƏ ETDİ

Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ - FOTO

Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ - FOTO

İnzagi bu klubun baş məşqçisi OLDU

İnzagi bu klubun baş məşqçisi OLDU

İran İsrailin hərbi hava bazalarını VURDU - VİDEO

İran İsrailin hərbi hava bazalarını VURDU - VİDEO

Naxçıvanda bəzi kafe və restoranlarda nöqsanlar AŞKARLANDI - FOTO

Naxçıvanda bəzi kafe və restoranlarda nöqsanlar AŞKARLANDI - FOTO

İranın Baş Qərargah rəisi sakinləri Təl-Əviv və Hayfanı tərk etməyə ÇAĞIRDI

İranın Baş Qərargah rəisi sakinləri Təl-Əviv və Hayfanı tərk etməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO