Mikrobioloqların araşdırmalarına görə, kişilərin saqqalı itlərin tüklərinə nisbətən daha çox mikrob daşıya bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “TrendWatching” nəşri məlumat yayıb.
Məlumata görə, saqqal mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaradır: burada istilik, rütubət yüksək olur. Həmçinin yemək qalıqları, dəri piyləri və digər çirklənmələr da saqqalda qala bilər.
Alimlərin araşdırmasına görə, bəzi hallarda saqqaldakı bakteriyaların miqdarı unitaz səthindəkinidən belə çox olur.
Üstəlik, saqqala düzgün qulluq edilməməsi dəri qıcıqlanmalarına, səpgilərə, parazitar infeksiyalara və hətta qasıq bitinin yaranmasına belə səbəb ola bilər:
“Mikroblar hətta saqqal yuyulduqdan sonra belə qalmağa davam edə bilər. Bu, kişilərin tez-tez saqqallarına toxunaraq yeni çirkləri üzlərinə bulaşdırması ilə əlaqəlidir”, nəşr yazıb.
Saqqalda həmçinin dəri infeksiyalarının yaranması mümkündür.
Mütəxəssislərin sözlərinə görə, belə infeksiyalardan biri də impetigo adlı yoluxucu səpgidir və bu, adətən qızılı stafilokokk bakteriyası tərəfindən törədilir.
Bu səbəbdən həkimlər saqqal baxımında mütəmadi gigiyenanın vacibliyini vurğulayırlar. Saqqal mütəmadi yuyulmalı, daranmalı və altındakı dəriyə düzgün qulluq edilməlidir. Mütəxəssislər qeyd edirlər ki, saqqalın mövcudluğu özü-özlüyündə təhlükəli deyil, əsas risk onun baxımsız qalması ilə bağlıdır.
Bizim.Media