Şəkər xəstələrinin DİQQƏTİNƏ – Şəkər əvəzedicisi ilə bağlı QORXUNC XƏBƏRDARLIQ

Şəkərli diabet qanda yüksək şəkər səviyyəsinə görə yaranan xroniki xəstəlikdir. Hər yaşda tutula bilən bu xəstəliyin qarşısını ilk növbədə pəhrizlə almaq mümkündür. Pəhrizin əsas məqsədi diabet xəstələrində qanda şəkərin qalxmasına səbəb olan qida maddələrin qəbulunu azaltmaqdır. Pəhrizdə kalorili qidalarla yanaşı şəkər və şirniyyatlar azlıq təşkil edir. Diabet xəstələri üçün nəzərdə tutulan xüsusi şəkər əvəzedicilər olur ki, adətən qan şəkərinə təsir etmir və bir çox hallarda təhlükəsiz hesab olunur. Çünki kalorisi yoxdur və ya çox azdır, diabetin idarə olunmasına kömək edir və diş çürüməsinə səbəb olmur.

Amma onların istifadəsi ilə bağlı diqqət edilməli olan bəzi nüanslar var. Şəkər əvəzedicinin tərkibində eritritol maddəsi var ki, bəzi insanlarda qaz, köp və ishal kimi həzm problemlərinə səbəb olurdu. Lakin son araşdırmalar göstərir ki, eritritol kimi şəkər spirtlərinin yüksək səviyyədə qanda mövcud olması insult və infarkt riski yarada bilər. Əsasən də ürək-damar xəstəliyi riski yüksək olan yaşlı diabet xəstələri bu əvəzedicilərrdən istifadə etməməlidirlər.

Qeyd edək ki, insanın öz bədəni az miqdarda eritritol maddəsi istehsal edir (stress, piylənmə fonunda bu maddə artır; bundan başqa spirtli içkilər də eritritin artmasına səbəb olur), qida vasitəsilə də qəbul olunmasına ehtiyac olmadığı bildirilir.

Ancaq son araşdırmalar eritritolun beyin damarlarının fəaliyyətini pozması və qan laxtalanmasını riskini artırdığı qənaətinə gəldiyi üçün artıq mütəxəssislər sözügedən əvəzedicinin xəstələrin rassionundan çıxarılmasını vacib biliblər. Şəkər əvəzedicinin özünü əvəzləməyi məsləhət görür, daha çox təbii alternativlərə, az miqdarda meyvə şəkərinə üstünlük verməyin faydalı olduğunu düşünürlər.

Diabet xəstələrinin geniş istifadə etdiyi şəkər əvəzedicisinin təhlükəsizliyi şübhə altındadırsa o zaman Azərbaycanda istifadəsinə qadağa qoyula bilərmi?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya bildirib ki, eritritol təbii halda, məsələn armud, üzüm, qovunun və b. qidaların tərkibində də var.

“Bu maddə birbaşa olaraq qana keçib sidiklə xaric olunur. Yəni orqanizmdə yığılıb qalmır. Müəyyən dozada istifadə olunduqda yan təsirləri olmur. Sadəcə uzun müddət istifadə olunduqda qan laxtalanması riskini yaratması ilə bağlı fikirlər var ki, bu hələ öz təsdiqini tapmayıb, dəqiq sübutlar yoxdur. Əgər həddindən artıq çox istehlak olunursa, xüsusilə də eritritolun digər şəkər spirtləri olan sorbitol, mannitoldan istifadə olunanda qarında ağrı, şişkinlik, qaz, köp, ishala səbəb ola bilər. Ona görə də yaxşı olardı ki, gündəlik qəbul olunan qidalarda onun miqdarına diqqət edilsin: 20-30 qramdan artıq istifadə olunmasın. Yəni bu tərkibdə olan qidalar gündəlik istifadə üçün deyil”.

Şəfiqə Şəfa, Bizim Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhv diaqnoz, uğursuz əməliyyatlar – Həkimlər niyə CƏZASIZ qalır?

Səhv diaqnoz, uğursuz əməliyyatlar – Həkimlər niyə CƏZASIZ qalır?

Azər Qasımlı yenidən HAKİM QARŞISINDA

Azər Qasımlı yenidən HAKİM QARŞISINDA

Bakıdakı UFC yarışını yayımlayacaq kanal BƏLLİ OLDU

Bakıdakı UFC yarışını yayımlayacaq kanal BƏLLİ OLDU

Aysel əri ilə hovuzdan PAYLAŞIM ETDİ - VİDEO

Aysel əri ilə hovuzdan PAYLAŞIM ETDİ - VİDEO

Həmişə bir addım İRƏLİDƏ: Risk etməkdən qorxmayan 3 bürc

Həmişə bir addım İRƏLİDƏ: Risk etməkdən qorxmayan 3 bürc

“Müdafiə haqqında” qanuna dəyişiklik edilə bilər

“Müdafiə haqqında” qanuna dəyişiklik edilə bilər

“Fənərbağça”nın prezidenti “Qarabağ”ın qonağı olub - FOTO

“Fənərbağça”nın prezidenti “Qarabağ”ın qonağı olub - FOTO

Xaçmaza niyə Ağcabədi və Beyləqandan qoyun GƏTİRİLİR? – VİDEO

Xaçmaza niyə Ağcabədi və Beyləqandan qoyun GƏTİRİLİR? – VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin növbədənkənar sessiyasının iclasının gündəliyi AÇIQLANDI

Məhkəmə dövlətə xəyanətdə ittiham olunan gəmi kapitanı barəsində QƏRAR VERDİ

Məhkəmə dövlətə xəyanətdə ittiham olunan gəmi kapitanı barəsində QƏRAR VERDİ

Qusar poçtu ilə bağlı QALMAQAL böyüyür - Gizli oxunan məktublarla bağlı YENİ FAKTLAR

Qusar poçtu ilə bağlı QALMAQAL böyüyür - Gizli oxunan məktublarla bağlı YENİ FAKTLAR

Ermənistan Solovyova görə Rusiyaya NOTA VERDİ

Ermənistan Solovyova görə Rusiyaya NOTA VERDİ

Qatarların qrafikində DƏYİŞİKLİK EDİLİR

Qatarların qrafikində DƏYİŞİKLİK EDİLİR

RƏSMİ: Bu futbolçular “Araz Naxçıvan”dan AYRILDI - FOTO

RƏSMİ: Bu futbolçular “Araz Naxçıvan”dan AYRILDI - FOTO

Siyavuş Kərimiyə xaricdən gözlənilməz TƏKLİF – Xalq artisti Azərbaycandan gedə bilər – VİDEOMÜSAHİBƏ

Siyavuş Kərimiyə xaricdən gözlənilməz TƏKLİF – Xalq artisti Azərbaycandan gedə bilər – VİDEOMÜSAHİBƏ

Təl-Əvivdə küçələrə Trampın fotosu ASILDI: “Cənab prezident, bu işi bitir!"

Təl-Əvivdə küçələrə Trampın fotosu ASILDI: “Cənab prezident, bu işi bitir!"

Bu işdə çalışan şəxslərin pensiya yaşı ARTIRILIR

Bu işdə çalışan şəxslərin pensiya yaşı ARTIRILIR

DİN küçə ticarəti ilə bağlı vətəndaşlara MÜRACİƏT ETDİ - FOTO

DİN küçə ticarəti ilə bağlı vətəndaşlara MÜRACİƏT ETDİ - FOTO

Cəlilabadda gənc oğlan İTKİN DÜŞÜB - FOTO

Cəlilabadda gənc oğlan İTKİN DÜŞÜB - FOTO

Bakıda yaxın qohumunu güllələyərək qətlə yetirən şəxslərə HÖKM OXUNDU

Bakıda yaxın qohumunu güllələyərək qətlə yetirən şəxslərə HÖKM OXUNDU

"Barselona" qapıçı ALDI

"Barselona" qapıçı ALDI

MEDİA Solovyovun fikirlərini PİSLƏDİ: “Qarşı tərəfdən üzrxahlıq gözləyirik”

MEDİA Solovyovun fikirlərini PİSLƏDİ: “Qarşı tərəfdən üzrxahlıq gözləyirik”

Zaqatala yol istismar idarəsinə yeni rəis TƏYİN EDİLDİ - FOTO

Zaqatala yol istismar idarəsinə yeni rəis TƏYİN EDİLDİ - FOTO

Oğuz-Qəbələ-Bakı su xəttindəki qəza aradan qaldırıldı

Oğuz-Qəbələ-Bakı su xəttindəki qəza aradan qaldırıldı

End of content

No more pages to load

RADİO