Bakıda minlərlə insan şəxsi maşından İMTİNA EDİB

Bakıda ictimai nəqliyyat sahəsində aparılan islahatlar sərnişindaşıma göstəricilərində özünü göstərməyə başlayıb. Rəsmi statistikaya əsasən, 2025-ci ilin yanvar-aprel aylarında ictimai nəqliyyatdan istifadə edənlərin sayı 582,1 milyona çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7 faizlik artım deməkdir.

Artım təkcə avtobuslarla məhdudlaşmır.

Şəhər daxilində mikromobil nəqliyyat - əsasən skuterlər və velosipedlər də daha geniş istifadə edilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)məlumatına görə, 2024-cü ilin may ayında bu nəqliyyat vasitələrindən istifadə əvvəlki illərlə müqayisədə iki dəfədən çox artıb.

Ekspertlər artımı şəhərdə nəqliyyat infrastrukturunun yenilənməsi və xüsusi zolaqların yaradılması ilə izah edirlər.

“Bu keçid mərhələlidir - insanlar bir anda şəxsi avtomobildən imtina etmir”, - deyə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Modern.az-a açıqlamasında bildirib.

Hal-hazırda Bakı yollarında hərəkətdə olan avtobusların 77 faizi nağdsız ödəniş sistemi ilə təchiz olunub. Ümumilikdə isə 2022-ci illə müqayisədə xəttə çıxan avtobusların sayında 28 faiz artım qeydə alınıb. Agentlik avtobusların hərəkətini sürətləndirmək üçün 112 kilometr uzunluğunda xüsusi avtobus zolağı və 35 kilometrlik mikromobil zolağı ayırdığını bildirir.

Ekspertlərə görə, bu zolaqlar ictimai nəqliyyata keçidi stimullaşdırır. "Bu tədbirlər sayəsində avtobusların hərəkət sürəti artıb, ictimai nəqliyyatdan istifadə edənlərin sayı yüksəlib. Qısa məsafələr üçün isə mikromobil nəqliyyat vasitələri - velosiped və skuterlər əlverişli alternativə çevrilib” - Rauf Ağamirzəyev qeyd edir.

2024-cü ildən bəri islahatlar daha genişmiqyaslı mərhələyə keçib. Diqqət metro xətlərinin genişləndirilməsi, yeni stansiyaların inşası, şəhərətrafı qatarların gücləndirilməsi və tramvay sisteminin bərpası kimi relsli nəqliyyat həllərinə yönəlib. Bu layihələrin 2030-cu ilə qədər mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Həmin müddətə qədər Bakıda 10 yeni metro xəttinin istifadəyə verilməsi planlaşdırılır.

Hazırkı mərhələdə isə avtobuslar şəhər mərkəzinə çatmaq üçün ən səmərəli vasitə olaraq qalır.

“Əsas diqqət relsli nəqliyyatın inkişafına yönəlib. Metro xətlərinin genişləndirilməsi, yeni stansiyaların tikintisi, şəhərətrafı elektrik qatarlarının gücləndirilməsi və tramvay sisteminin bərpası nəzərdə tutulur. Bu layihələrin 2030-cu ilədək mərhələli şəkildə icrası planlaşdırılıb. İslahatların davamı olaraq, relssiz nəqliyyatın (avtobus, mikromobil) yükünün relsli sistemlər üzərinə keçirilməsi ilə şəhərdə hərəkətlilik optimallaşdırılacaq” – ekspert deyir.

Hökumət, həmçinin piyada hərəkəti üçün infrastrukturun təkmilləşdirilməsini prioritet elan edib. Yeni layihələr çərçivəsində səkilərin yenilənməsi, baryerlərin aradan qaldırılması və işıqforlarda gözləmə müddətlərinin azaldılması planlaşdırılır.

İslahatların maliyyə dayanıqlığını təmin etmək üçün isə dövlət “brutto müqavilələr” sisteminə keçid etməyi hədəfləyir. Bu modelə görə, sürücülərin əməkhaqları sabitləşdirilir, güzəştli bilet sistemləri tətbiq olunur və xidmət keyfiyyəti yüksəldilir.

Rauf Ağamirzəyev rəqəmsal həllərin də bu keçiddə mühüm rol oynadığını bildirirlər. “İnsanlar artıq mobil tətbiqlərlə avtobusların harada olduğunu görür, marşrutunu planlaşdırır” – o vurğulayıb və əlavə edib ki, dayanacaqlara verilən unikal ad və nömrələr isə sərnişinlərin istiqamətlənməsini asanlaşdırır.

Bakı şəhərinin nəqliyyat modelinin mərhələli şəkildə yenilənməsi şəxsi avtomobildən imtinanı təşviq edir. Yerli orqanlar bu keçidin həm şəhərdaxili hərəkətliliyi artıracağını, həm də ekoloji yükü azaldacağını hesab edirlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda işsizlərin sayı AÇIQLANDI

Azərbaycanda işsizlərin sayı AÇIQLANDI

Çempionlar Liqasının püşkü atıldı – CÜTLÜKLƏR

Çempionlar Liqasının püşkü atıldı – CÜTLÜKLƏR

Nektarin - Sadəcə şaftalı deyil

Nektarin - Sadəcə şaftalı deyil

Məleykə Abbaszadə “bilikli müəllim yoxdur” DEDİ - Kadr hazırlığında nə ÇATIŞMIR?

Məleykə Abbaszadə “bilikli müəllim yoxdur” DEDİ - Kadr hazırlığında nə ÇATIŞMIR?

"Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik edildi

"Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik edildi

“Sabah”ın Avropa Liqasındakı rəqibi BƏLLİ OLDU

“Sabah”ın Avropa Liqasındakı rəqibi BƏLLİ OLDU

Müəllimlərin NƏZƏRİNƏ! Sertifikasiya imtahanlarının sualları ÇƏTİN olacaq – RƏSMİ

Müəllimlərin NƏZƏRİNƏ! Sertifikasiya imtahanlarının sualları ÇƏTİN olacaq – RƏSMİ

Müəllimlərin narazı qaldığı suallarla bağlı RƏSMİ CAVAB

Müəllimlərin narazı qaldığı suallarla bağlı RƏSMİ CAVAB

Klublararası dünya çempionatı: “Benfika” heç-heçə etdi, “Flamenqo” qalib gəldi

Klublararası dünya çempionatı: “Benfika” heç-heçə etdi, “Flamenqo” qalib gəldi

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ – Sabah 10.00-dan etibarən...

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ – Sabah 10.00-dan etibarən...

İrana son zərbəni BU ÖLKƏ vuracaq - Fordo planı ortaya çıxdı - FOTO

İrana son zərbəni BU ÖLKƏ vuracaq - Fordo planı ortaya çıxdı - FOTO

Bu 2 məktəbin heç bir şagirdi universitetə daxil olmayıb

Bu 2 məktəbin heç bir şagirdi universitetə daxil olmayıb

Vəfa Şərifovadan şantaj iddialarına REAKSİYA - VİDEO

Vəfa Şərifovadan şantaj iddialarına REAKSİYA - VİDEO

Ordumuz Tehrandakı önəmli obyektlərə zərbə endirəcək - İsrailin müdafiə naziri

Ordumuz Tehrandakı önəmli obyektlərə zərbə endirəcək - İsrailin müdafiə naziri

ŞOK: İranda İsrailin PUA istehsal edən sexi tapıldı

ŞOK: İranda İsrailin PUA istehsal edən sexi tapıldı

İran-İsrail qarşıdurması qlobal bazarları “VURUR” – Dünya iqtisadi böhran təhlükəsilə ÜZ-ÜZƏ

İran-İsrail qarşıdurması qlobal bazarları “VURUR” – Dünya iqtisadi böhran təhlükəsilə ÜZ-ÜZƏ

Kamran Əliyevdən 2 prokuror təyinatı

Kamran Əliyevdən 2 prokuror təyinatı

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi - Daha 10 şəxs, 20 gəmi...

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi - Daha 10 şəxs, 20 gəmi...

“Qarabağ” bu legionerlə yollarını AYIRACAQ

“Qarabağ” bu legionerlə yollarını AYIRACAQ

“Marxal” yolunda ayılar GÖRÜNDÜ - FOTO/VİDEO

“Marxal” yolunda ayılar GÖRÜNDÜ - FOTO/VİDEO

Kahramanmaraşda Azərbaycan məhəlləsi bu tarixdə AÇILACAQ

Kahramanmaraşda Azərbaycan məhəlləsi bu tarixdə AÇILACAQ

Erməni sürücülər İran sərhədində ilişib qalıb

Erməni sürücülər İran sərhədində ilişib qalıb

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Həmkarı Vəfa Şərifovanı polisə verdi - VİDEO

Həmkarı Vəfa Şərifovanı polisə verdi - VİDEO

End of content

No more pages to load

RADİO