Axşam radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Muxax kənd sakini, 5 yaşlı Elman Sulxayev “Kamaz” markalı yük avtomobilinin altında qalıb.
Bu zaman o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Uşaq dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilməsinə baxmayaraq, azyaşlı vəfat edib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu