Bərdədə yol qəzasında xəsarət alan 4 nəfərin (kişi) durumu açıqlanıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilən şəxslərdən 3-nün vəziyyəti sabit, 1-nin vəziyyəti isə ağır qiymətləndirilir.
Qeyd edək ki, Bərdə-Tərtər yolunda "KİA" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə zərbənin təsirindən hər iki avtomobil yoldan çıxaraq kənardakı ağacları və elektrik xəttini qırıb.
Bizim.Media