Bir neçə dəqiqə əvvəl Belarus Respublikasının bir qrup vətəndaşı Azərbaycan sərhədini keçib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, onların dövlət sərhəd-buraxılış məntəqəsindən ölkəmizə keçidinə icazə verilib.
Qrupun tərkibində uşaqlar da mövcuddur.
Xatırladaq ki, gün ərzində Azərbaycan ərazisindən keçməklə digər ölkələrin vətəndaşlarının təxliyə prosesi davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu