AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi İMZALANDI

Azərbaycanın milli aviadaşıyıcısı AZAL ilə Özbəkistanın bayraq daşıyıcısı “Uzbekistan Airways” arasında yeni kod-şerinq müqaviləsi imzalanıb. Bu müqavilə Azərbaycan ilə Özbəkistan arasında səyahətlər üçün yeni imkanlar açır.

AZAL-dan Bizim.Media-ya bildirilib ki, kod-şerinq müqaviləsi aviaşirkətlər arasında əməkdaşlıq formasında bağlanır.
 

Bu, onlara birgə uçuşlar həyata keçirmək, tərəfdaşın reyslərində öz kodları ilə bilet satmaq, sərnişinlərə daha geniş marşrut və seçim təqdim etmək imkanı verir.


Yeni əməkdaşlıq sərnişinlərə Bakı ilə Daşkənd və Daşkənd ilə Bakı arasında səyahətlərini planlaşdırarkən daha çox rahatlıq təqdim edir. İndi səyahətçilər hər iki aviaşirkət tərəfindən həyata keçirilən həftədə doqquz uçuş arasında ən uyğun variantı seçə bilərlər.

Həmçinin müqavilə tranzit sərnişinlər üçün imkanları genişləndirir, Bakı və Daşkənddəki hava limanları vasitəsilə daha rahat bağlantılarla beynəlxalq marşrutlara çıxışı asanlaşdırır.

Bundan əlavə, “Uzbekistan Airways” aviaşirkətinin sərnişinləri Özbəkistanın ikinci mühüm turizm və mədəniyyət mərkəzindən komfortlu uçuşlar üçün Azərbaycan Hava Yollarının Bakı–Səmərqənd–Bakı marşrutunda təqdim etdiyi imkanlardan yararlana biləcəklər.

Azərbaycan Hava Yollarının Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib: “Uzbekistan Airways” ilə bu tərəfdaşlıq aviaşirkətlərin təkcə marşrut şəbəkəsini genişləndirmək deyil, həm də ölkələrimiz arasında əlaqələri daha da gücləndirmək istəyini nümayiş etdirir. Sərnişinlərimizə daha çox rahatlıq, çeviklik və yeni səyahət istiqamətləri təqdim etməkdən məmnunuq. Bu müqavilə Azərbaycan ilə Özbəkistan arasında daha sıx əməkdaşlıq, turizmin inkişafı və dostluğun möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımdır”.
 

“Uzbekistan Airways”in İdarə Heyəti sədrinin ticarət və turizm üzrə müavini Şuxrat Yadqarov isə qeyd edib: “Hər yeni razılaşma ilə biz şəhərlərimizi və mədəniyyətlərimizi daha da yaxınlaşdırırıq.


AZAL ilə imzalanan kod-şerinq müqaviləsi həm sərnişinlər üçün rahatlıq, həm də Özbəkistan ilə Azərbaycan arasında dostluq və açıqlığın rəmzidir. Əminik ki, bu əməkdaşlıq yeni səyahət imkanları yaradacaq və xalqlarımızın daha da yaxınlaşmasına töhfə verəcək”.

Saziş iki ölkə arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi, biznes və turizm mübadiləsinin inkişafı, həmçinin iki milli aviadaşıyıcının səylərini birləşdirərək sərnişinlərə xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım hesab edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Sevilya" yeni baş məşqçisini rəsmən AÇIQLADI

"Sevilya" yeni baş məşqçisini rəsmən AÇIQLADI

Bakıda qamışdan tikilən bina TƏHLÜKƏDƏ - VİDEO

Bakıda qamışdan tikilən bina TƏHLÜKƏDƏ - VİDEO

Kürdəmirdə yolda hərəkətin təhlükəsizliyini pozmaq cəhdinin QARŞISI ALINDI - VİDEO

Kürdəmirdə yolda hərəkətin təhlükəsizliyini pozmaq cəhdinin QARŞISI ALINDI - VİDEO

İran Dövlət Televiziyasının vurulan binasında Qızıl Aypara Təşkilatı axtarış APARIR - VİDEO

İran Dövlət Televiziyasının vurulan binasında Qızıl Aypara Təşkilatı axtarış APARIR - VİDEO

“Sabah” əcnəbi məşqçi axtarır

“Sabah” əcnəbi məşqçi axtarır

D vitamininin bilinməyən FAYDASI - Bu xəstəliyi sağaldırmış…

D vitamininin bilinməyən FAYDASI - Bu xəstəliyi sağaldırmış…

"Mən buradayam və qələbə yenə gələcək" - Hidayət Heydərov

"Mən buradayam və qələbə yenə gələcək" - Hidayət Heydərov

Qazaxda evə basqın edən şəxs SAXLANILDI

Qazaxda evə basqın edən şəxs SAXLANILDI

İran dünyanın ən böyük yatağında qaz hasilatını DAYANDIRDI

İran dünyanın ən böyük yatağında qaz hasilatını DAYANDIRDI

G7 İsrailə haqq verdi: “İran heç vaxt nüvə silahı əldə etməməlidir”

G7 İsrailə haqq verdi: “İran heç vaxt nüvə silahı əldə etməməlidir”

“Fənərbağça”nın prezidenti Bakıya GƏLDİ

“Fənərbağça”nın prezidenti Bakıya GƏLDİ

Qazaxda BASQIN: Evə basqın edib, toydan yığılan pulları oğurladılar

Qazaxda BASQIN: Evə basqın edib, toydan yığılan pulları oğurladılar

İran yeni hədəfini AÇIQLADI: İsrailin aviabazasını vuracaq - FOTO

İran yeni hədəfini AÇIQLADI: İsrailin aviabazasını vuracaq - FOTO

Dünya çempionatı: Azərbaycan ilk medalını qazandı

Dünya çempionatı: Azərbaycan ilk medalını qazandı

İranda xəsarət alanların sayı AÇIQLANDI

İranda xəsarət alanların sayı AÇIQLANDI

"ChatGPT" - dost yoxsa düşmən?

"ChatGPT" - dost yoxsa düşmən?

Zaqatalada azyaşlını yük avtomobili vuraraq öldürdü

Zaqatalada azyaşlını yük avtomobili vuraraq öldürdü

Tramp Rusiyanın G8-dən çıxarılmasını səhv addım ADLANDIRDI

Tramp Rusiyanın G8-dən çıxarılmasını səhv addım ADLANDIRDI

"Neftçi" legioneri ilə müqviləni LƏĞV ETDİ

"Neftçi" legioneri ilə müqviləni LƏĞV ETDİ

Stressə dözümsüz 5 BÜRC: Onlar tez ruhdan düşürlər

Stressə dözümsüz 5 BÜRC: Onlar tez ruhdan düşürlər

Azərbaycan ilk dəfə bu idman növü üzrə dünya çempionatına ev sahibliyi EDƏCƏK

Azərbaycan ilk dəfə bu idman növü üzrə dünya çempionatına ev sahibliyi EDƏCƏK

İran dövlət televiziyasının binasında YANĞIN OLUB - FOTO

İran dövlət televiziyasının binasında YANĞIN OLUB - FOTO

Misir Mərdanov sənətçilərlə BİR ARADA - VİDEO

Misir Mərdanov sənətçilərlə BİR ARADA - VİDEO

İran dövlət televiziyasının vurulmasına görə İsraili HƏDƏLƏDİ

İran dövlət televiziyasının vurulmasına görə İsraili HƏDƏLƏDİ

End of content

No more pages to load

RADİO