Ağdamda 4 otaqlı ev yanıb.
Bizim.Media xəbər verir ki, yanğın hadisəsi rayonun Mirəşelli kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini Səmədov Aydın Muxtar oğluna məxsus 4 otaqlı evdə çıxan yanğına səbəb mürəbbədir.
Belə ki, evdə bişməsi üçün qaz peçinin üstünə qoyulan mürəbbə daşıb. Yanğın da bundan sonra çıxıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən əməkdaşları cəlb olunub.
Verilən məlumata görə, yanğın söndürülüb. Yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alınıb. (Qafqazinfo.az)
Bizim.Media