Dünən axşam saatlarında başlayaraq qərb bölgəsində başlayan yağıntılı və güclü küləklə müşahidə olunan hava şəraiti Gəncədə iri gövdəli ağacların aşmasına səbəb olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, xoşbəxlikdən təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, qırılan ağaclar piyadaların və avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradıb.
Sürətinin 20 metr saniyədən çox olduğu güclü külək şəhər ərazisində 5 iri gövdəli ağacı aşırıb.
Gəncə şəhər Mənzil Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin canlı qüvvə və texnikaları vasitəsilə gecə saatlarından başlayaraq baş vermiş təbiət hadisəsəsinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilib.
Tez bir zamanda aşan iri gövdəli ağaclar doğranaraq ərazidən daşınması təmin edilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu